18.10.2017 [10:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiyanın Azərbaycanın maraqlarına açıq-aşkar zidd hərəkətləri cavabsız qalmamalı, adekvat reaksiya verilməlidir.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Rusiyanın Ermənistana müasir silahlar almaq üçün daha 100 milyon dollarlıq güzəştli kredit ayırmasını şərh edərkən bildirib.
Onun fikrincə, bu, Rusiyanın açıq mövqe göstərməsi deməkdir: "Rusiya Ermənistana guya bunu kreditlə verir, amma görəcəksiniz ki, nə kredit geri qaytarılacaq, nə də onların faizi ödəniləcək. Günlərin birində o kredit Ermənistana tam bağışlanacaq. Çünki Rusiya Ermənistanı özünün bir əyaləti hesab edir, ermənilər də bunu beləcə də qəbul edir. Tarix göstərir ki, Rusiya siyasətində ermənilərdən və Ermənistandan maşa kimi, təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Rusiyanın Ermənistana növbəti dəfə müasir silahların alınması üçün güzəştli kredit ayırması jesti mövqe nümayişi deməkdir.
Bundan əvvəl isə Rusiya və Ermənistan birləşmiş hərbi qüvvələrinin qərargah rəisi də bildirmişdi ki, əgər Azərbaycan Ermənistanla müharibə edərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu məsələyə qarışacaq. Hərçənd, bu real görünmür.
Bütün bunlar o deməkdir ki, Azərbaycanın Rusiyaya qarşı ifrat dərəcədə xoş münasibət göstərməsi, onun bizə qarşı bir çox addımlarını bağışlaması görünür, siyasi baxımdan heç də düzgün deyil. Azərbaycan-Rusiya münasibətlərində bu amillər nəzərə alınmalıdır. Xüsusən, iqtisadi məsələlərdə. Məsələn, Azərbaycan Rusiyanın cənub bölgələrinə xeyli investisiya qoyub. Onların VTB bankında Azərbaycan Dövlət Neft Fondunun rus rublu şəklində vəsaitləri saxlanılır. Yeri gəldikdə bu məsələlərə yenidən baxmaq lazımdır. Yəni əlimizdə olan bütün təzyiq vasitələri ilə cavab reaksiyalarımız olmalıdır. Yoxsa, bunlar hər dəfə nəsə edəcək və biz də üstündən keçəcəyik, bunu edə bilmərik.
İndi dünyada böyük və kiçik dövlət anlayışı yoxdur. Baxın, İsrail də ərazi baxımdan çox kiçik dövlətdir, amma dünyada sayılıb-seçilən mövqeyi və rolu olan dövlətdir. Azərbaycanın da buna potensialı var. Biz ləyaqətimizi qorumaq üçün iradəmizi ortaya qoymalıyıq".
F.Quliyev hesab edir ki, Rusiyanın Azərbaycanın maraqlarına açıq-aşkar zidd hərəkətlərinə qarşı ciddi şəkildə təpki göstərməliyik: "Rusiya əvvəla, ATƏT-in Minsk qrupunun həmsədri kimi bunu etməməli, ikincisi, Cənubi Qafqazda silah kvotasını pozmamalıdır. Üstəlik, Moskva Azərbaycanla əməkdaşlıq etmək, iqtisadi platformalarda bir yerdə olmağa guya çalışırsa, Azərbaycan ən pis vaxtlarda belə Rusiyaya qarşı sanksiyalara qoşulmadısa və bütün bunların qarşılığı budursa, o zaman Azərbaycan da adekvat reaksiya göstərməlidir".
Qeyd edək ki, Rusiya növbəti dəfə Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollarlıq kredit ayıracaq. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla - S" zenit raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.
İlkin İzzət

Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |