18.10.2017 [10:44] - Hadisə
Əfqanıstanda bir-birinin ardınca üç terror aktı törədilib. Törədilən terror aktları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. Partlayışlar nəticəsində 125 nəfər yaralanıb.
Belə ki, Qazni vilayətinin Andar bölgəsində bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində 30 nəfər ölüb, 15 nəfər yaralanıb. Ölənlərdən 25-i, yaralılardan isə 10-u polis əməkdaşlarıdır. Ardınca baş verən atışmada 13 terrorçu öldürülüb.
Paktia əyalətində isə polis tədrir mərkəzində eyni vaxtda iki partlayış baş verib. Terrorçula iki avtomobili partlatdıqdan sonra binaya girməyə çalışıblar. Hadisə nəticəsində 21-i polis olmaqla 41 nəfər ölüb, 48-i polis olmaqla 110 nəfər yaralanıb. Hücum zamanı vilayətin polis rəisi Toryalai Abdyani də dünyasını dəyişib.
Terrorçular Farah vilayətində isə hökumət binasına hücum ediblər. Hadisə zamanı 3 polis ölüb. Beləliklə, Əfqanıstanda bir gündə baş verən terror hücumları nəticəsində 74 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |