Şrift:
Azərbaycanda Rusiya və Qazaxıstan neftinin emalı nəzərdə tutulur
31.05.2012 [17:28] - Gündəm
Azərbaycanda yeni neft-qaz və neft-kimya emalı kompleksinin inşası layihəsi çərçivəsində tikiləcək neft emalı zavodunda xammal kimi istifadə olunacaq neftin mənbələri üzrə seçim aparılır.
Zavodun illik istehsal gücü 10 mln. ton olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib ki, birinci varianta əsasən, xammalın 70%-ni ARDNŞ nefti, 20%-ni Qazaxıstan nefti, 10%-ni isə Rusiyanın «Urals» markalı nefti təşkil edəcək. İkinci varianta əsasən, 70% ARDNŞ, 30% isə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil edilən neftdən istifadə edilməsi nəzərdə tutulur.
T.Qəhrəmanovun sözlərinə görə, birinci variantın tətbiq edilməsinin ehtimalı daha yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed