Şrift:
Bakıda “Rənglərin Qardaşlığı” sərgisi keçiriləcək
18.10.2017 [11:09] - Türk dünyası-Turan, Mədəniyyət
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Rənglərin Qardaşlığı” adlı rəsm sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.
Sərgidə Türkiyə və Azərbaycan rəssamlarının qardaşlaşmış şəhərlər – Bakı və İzmirə həsr olunmuş əsərləri nümayiş etdiriləcək.
Müşavirlikdən verilən məlumata görə, Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliyi iki ölkə arasında iqtisadi, sosial və mədəniyyət sahəsində əlaqələrin inkişaf üçün göstərilən səyləri dəstəkləyir və təşfiq edir.
Rəsm sərgisinin kuratoru tanınmış azərbaycanlı rəssam Günay Mehdizadədir. Sərgidə Azərbaycandan adıçəkilən rəssamla yanaşı, Suğra Bağırzadə, Ədalət Əfəndi, Elnar Ağamirzə, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Mehriban Mehdizdə və Rəfixan Mövlanovun, Türkiyədən isə Ertuğrul Keskin, Faden Suzan Kudsioğlu, Mahmut Durmuş, Hatice Reyhan Abacıoğlu, Bedri Karayağmurlar, Hatice Aydoğan, Gündoğdu Uğraş və Cavid Əliyevin əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutu ilə İzmir-Balçova Bələdiyyəsinin başlatdığı və Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin dəstək verdiyi “Rənglərin Qardaşlığı” adlı rəsm sərgisi çərçivəsində may-iyun aylarında hər iki ölkədən, ümumilikdə 18 rəssam İzmirdə bir araya gəlmişdi.
Oktyabrın 19-da saat 19:00-da başlanacaq sərgi 3 gün davam edəcək
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed