Şrift:
Dağlıq Qarabağdakı erməni separatçılarının əsas sponsorlarından biri ölüb
19.10.2017 [10:36] - Hadisə
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıları və terrorçularının əsas sponsorlarından biri olan rusiyalı sahibkar Levon Ayrapetyan ölüb.
Milyarderin qohumları onun öldüyünü təsdiqləyiblər.
L.Ayrapetyan oktyabrın 18-də 68 yaşında dünyasını dəyişib. O, Moskvada dəfn olunacaq.
Məlumata görə, bir müddət əvvəl səhəttində yaranan problemlərə görə L.Ayrapetyan həbsdən buraxılıb.
Qeyd edək ki, 2016-cı ildə Moskvanın Zamoskvoretsk məhkəməsi Levon Ayrapetyanı 700 min dollarlıq maliyyə fırıldağında təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum etmişdi. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməliydi.
L.Ayrapetyanın terrorçuluğa və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum olunan eks-senator İqor İzmestiyevin anasından oğluna verilən cəzanın azaldılması qarşılığında 700 min ABŞ dolları alıb.
L.Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb. O, Başqırdıstanın "Başneft" şirkətinin işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında da ittiham olunmuşdu.
Xatırladaq ki, o, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarından idi. L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakları var.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed