Şrift:
Giləzi qəsəbəsində 118 ədəd partlamamış hərbi sursat aşkar edilib
19.10.2017 [10:45] - Hadisə
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan verilən məlumata görə, oktyabrın 18-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 118 ədəd partlamamış hərbi sursat (PHS), 35 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 960 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 404 500 kv.m (40.45 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 46 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 12 754 ədəd partlamamış hərbi sursat (PHS), 5 280 ədəd partlamış-yanmış sursat qalıqları və 41 757 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 47 576 928 kv.m (4 758 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed