Şrift:
Xüsusi nümayəndə: Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi ehtiyac var
01.06.2012 [00:55] - Xəbərlər
Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi ehtiyac var. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçov bildirib.
"Rusiyanın münaqişənin həllinin hər hansı variantına xüsusi yanaşma və ya xüsusi meyilliliyi müəyyən edə biləcək şəxsi maraqları yoxdur", - Kosaçev deyib.
Onun sözlərinə görə, Rusiya üçün münaqişənin məqbul variantı hər iki tərəfi qane edən həlldir.
"Bu, bizim kömək etdiyimiz və gələcəkdə kömək edəcəyimiz məsələdir. Bu proses yüksələn xətt üzrə inkişafdadır və bu inkişaf mənfi deyil. Ümid edək ki, proses özünü çox gözlətməyəcək", - o deyib.
Xüsusi nümayəndənin sözlərinə görə, məhz bu formatda Dağlıq Qarabağ mövzusunu Azərbaycanın ali rəhbərliyi ilə müzakirə edib.
Bu xəbər oxucular tərəfindən 1060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed