01.06.2012 [09:43] - Gənclik
«Eurovision» mahnı müsabiqəsi ölkəmizə nə verdi?
Eurovision» mahnı müsabiqəsi dünyanı birləşdirən bir hadisə, böyük bir humanist aksiyadır. «Eurovision» əslində həm də bir siyasətdir. O, sadəcə, mədəniyyət hadisəsi olsaydı, o zaman onun ətrafında bu qədər siyasi müzakirələr getməzdi. Dünyanın onlarla ölkəsi bir layihədə dostluq, mehribançılıq, ünsiyyət ətrafında birləşirsə, bir bayram ətrafında qovuşursa, o zaman bundan böyük dünyanın qloballaşmasına xidmət edən, insanları bir-birinə yaxınlaşdıran nə ola bilər?! Düzdür, bəzən öz vətəndaşlarımızdan da kimlərsə başadüşməzlikdən və ya kifayət qədər ürək genişliyi ilə yanaşmadan bu hadisəyə yanlış qiymət verirlər. Bu kimi təəssüf doğuran məqamlar da var. Ancaq onlar da nəhayət, fərqində olmalı və anlamalıdırlar ki, bu hadisənin ölkəmiz, xalqımız üçün nə qədər böyük əhəmiyyəti var. «Eurovision-2012″ Azərbaycanın böyük bir təntənəsi, qələbəsidir. Deyirdilər ki, Azərbaycan hazırlıq işlərini çatdırmayacaq, bu işləri görə bilməyəcək və sair. İndi özünüz də görürsünüz, Azərbaycan bunları bacardı. Çünki Azərbaycanda güclü dövlət var və lazım olan anda istənilən işi görə bilir. Ona görə «Eurovision»un baş tutan təntənəsi Azərbaycanın böyük uğurudur. Amma eyni zamanda, ayrı-ayrı insanların bir-birinə paxıllıq etməsi dünyanın çox köhnə və pis hadisələrindən olduğu kimi, dövlətlərin də bir-birinə paxıllıq etməsi var. «Eurovision»un Azərbaycanda keçirilməsinə hətta dünyanın bir çox böyük dövlətləri də paxıllıq edirlər. Bu mahnı müsabiqəsi insanlarımızda böyük fərəh doğurmalı, iftixar hissi yaratmalıdır.
Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası gənclər təşkilatının sədri Seymur Həsənliyə müraciət etdik. O, hesab edir ki, biz daha çox milli təbliğatın həyata keçirilməsinə nail olmalı idik: «Məncə, bir neçə gün öncə keçirmiş olduğumuz müsabiqədə biz buna nail olduq. Müsabiqəni də demək olar ki, elə bu məqsədlə izləyirdim. Avroviziyanın əsas devizi olan «Light your fire» şüarı ilə Xarı Bülbül şəklinin verilməsi həqiqətən çox önəmli idi. Bəlkə də çoxları buna diqqət etmədi. Müsabiqə zamanı ölkəmizin regionlarının təbliğatını əks etdirən reklam çarxlarının hazırlanması da Azərbaycanımızın tanıdılmasına xidmət edirdi. Mənim ən çox bəyəndiyim məqamlardan biri də Natiq ritm qrupunun başçılığı ilə milli alətimiz nağaranın, bundan başqa xüsusi səhnəciklərin göstərilməsi ilə qara zurnanın, sazın və digər milli alətlərimizin təbliğ olunması damarında türk qanı axan hər kəsi coşdururdu. Ola bilər ki, Azərbaycan Avroviziya mahnı müsabiqəsinə çəkdiyi xərcləri qarşılaya bilməsin. Amma müsabiqə öncəsi ermənilərin, farsların, gürcü müxalifəti adı ilə gürcülərin, Avropada müxtəlif dövlətlərin oyunları, təxribatları Azərbaycana qarşı qısqanclığın göstəricisi idi. Məncə, istər milli məsələlərimizin təbliğatı, istərsə də ölkəmizin beynəlxalq aləmdə təbliğatı baxımından Avroviziya mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi əhəmiyyətli oldu. Baxmayaraq ki, müxtəlif xarici dövlətlərin qrantı əsasında fəaliyyət göstərən partiyalar hər cür təxribata əl atdı. Amma alınmadı».
Oktay Hacımusalı - "Xalq Cəbhəsi" qəzeti

Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |