Şrift:
Bu gündən içlikləri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılıb
01.06.2012 [10:09] - Gündəm, Sağlıq
Azərbaycan Səhiyyə Nazirliyi bu gündən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalını dayandırıb.
Səhiyyə Nazirliyindən cümə günü verilən məlumata görə, ölkəyə gətirilən dərmanların içlik vərəqələri Azərbaycan dilində də olmalıdır. Bununla əlaqədar artıq bu gündən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.
Nazirlik bununla bağlı dərman şirkətlərinə bir neçə dəfə rəsmi xəbərdarlıq edib.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed