20.10.2017 [11:05] - Diaspor
ABŞ-ın Los Anceles vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar geniş tədbir keçirilib.
Tədbirdə çıxış edən Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft Azərbaycanın müstəqillik tarixi, keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat verib.
Torrens şəhərinin meri Patrik Fyuri rəhbərlik etdiyi şəhərin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunub, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb.
Daha sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabr tarixinin bu şəhərdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü elan edilməsinə dair bəyanat şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub.
Təqdimatdan sonra Azərbaycan ilə ABŞ bayraqları Torrens Şəhər Meriyası binasının qarşısına gətirilib və təntənəli şəkildə ucaldılıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsi haqqında ətraflı danışıb, dövlətimiz üçün ağır bir dönəmdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox önəmli və ciddi addımların atıldığını diqqətə çatdırıb. Baş konsul ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı uğurların bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində davam etdiyini, Azərbaycanın regionda və beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu vurğulayıb.
Nəsimi Ağayev, həmçinin ölkəmizin geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, uğurlu xarici siyasəti, iqtisadi inkişafı, neft strategiyası, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Los Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez və Los Ancelesin müsəlman icmasının tanınmış xadimlərindən olan Məhəmməd Xan çıxış ediblər. Natiqlər Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik insanların dinc, yanaşı və sülh şəraitində yaşadıqlarını, “Odlar Yurdu”nun nadir tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini bildiriblər.
Tədbirdə Azərbaycanın bu ölkədəki diaspor nümayəmdələri də iştirak edib.

Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |