Şrift:
Azərbaycan gənclər təşkilatlarının nümayəndələri Soçidə ermənilərin təxribatının qarşısını alıblar
20.10.2017 [11:15] - Gənclik
Azərbaycan nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edib.

Oktyabrın 14-dən 22-dək davam edən gənclər və tələbələr festival dünyanın 150 ölkəsindən müxtəlif sahələrdən 20 mindən çox gənc mütəxəssisi bir araya toplayıb.

“İrəli” İctimai Birliyindən bildiriblər ki, festival “Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik” şüarı altında təşkil olunub.

İctimai Birliyin sədri Mirhəsən Seyidov bildirib ki, erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlər nümayiş etdiriblər. Ermənilərin bu təxribatını hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və festival iştirakçılarına məlumat veriblər. O qeyd edib ki, ermənilərin təxribatının qarşısının alınması məqsədilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün festivalda qeyd edilməsinə nail olub. Müstəqillik günümüzdə Dağlıq Qarabağ, Azərbaycan haqqında çıxışlar edilib, milli musiqilərimiz, həmçinin “Sarı gəlin” ifa olunub. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar, bəyanat nüsxələri, milli mətbəximizin zənginliklərini əks etdirən şəkərbura, paxlava kimi şirniyyatlar iştirakçılara paylanılıb. Həmçinin sosial şəbəkələrdə festival iştirakçıları üçün xüsusi məlumatlandırma həştəqləri yaradılıb.

Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Stenddə Azərbaycan haqqında məlumatlar böyük marağa səbəb olub. Stendə yaxınlaşan şəxslərə Azərbaycanın dövlət gənclər siyasəti haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb,

XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, xarici ölkələrin rəsmiləri, Azərbaycanın gənclər təşkilatlarının təmsilçiləri, o cümlədən “İrəli” İctimai Birliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed