Şrift:
28 May- metro stansiyasının girişi 3 aylıq bağlanır
01.06.2012 [11:17] - Xəbərlər, Sosial
Bakı Metropoliteninin paytaxtın mərkəzində yerləşən «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanır.
Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Bunu Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.
Onun sözlərinə görə, təmir işləri iyunun 10-dan başlayacaq və sentyabra qədər, yeni tədris ilin başlanmasına davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar dəyişdiriləcək.
E.Muradov hazırkı eskalatorların istismar müddətinin başa çatdığını bildirib: «Onlar «İçərişəhər» stansiyasında olduğu kimi daha müasir, Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək».
Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Rəis müavininin sözlərinə görə, bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.
Bu xəbər oxucular tərəfindən 1535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed