20.10.2017 [15:49] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edərək, qanunda nəzərdə tutulmuş dəyişiklərdən bəzilərinin əleyhinə olduğunu bildirib və fikirini onların yarada biləcəyi fəsadlarla əsaslandırıb. Deputat ən çox narkomaniya ilə bağlı cəzaların yumşaldılmasının yolverilməz olduğunu bildirib.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:
“Təşəkkür edirəm cənab sədr!
Mən əvvəlcə bir neçə maddə ilə bağlı deputat həmkarlarımın qaldırdığı məsələlərə dəstəyimi bildirirəm:
121-ci maddədə ananın qəsdən uşağı öldürməsi ilə bağlı cəzada güzəşt nəzərdə tutulub, lakin mən hesab edirəm ki, bu olmamalıdır.
140-cı maddədə immun çatışmazlığını bilərəkdən yayma-yoluxdurma ilə bağlı da cəzaların yumşaldılması ilə bağlı da mən həmkarlarımın etirazını dəstəkləyirəm.
122.1-ci maddədə affekt halında adam öldürmə məsələsi ilə bağlı bildirmək istəyirəm ki, bu qəsdən adam öldürmədir və bunu bəhanə edib azadlıqda qalmaqla həmin adamlar yenə adam öldürməklə məşğul ola bilərlər. Məncə bu, adam öldürmə hallarının artmasına səbəb ola bilər. - Hər halda bu mənim subyektiv fikrimdir.
Mən hesab edirəm ki, 234-cü maddədə də güzəştlərin nəzərdə tutulması doğru deyil. Burda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma nəzərdə tutulur ki, məncə bu məsələdə güzəşt olunması doğru deyil və qəti şəkildə bu hallra qarşı mübarizə aparılmalıdır. Xəstə adamları müalıcə etmək başqa məsələdir, amma narkotik maddələri istehsal etmə, satma, yayma kimi hallarda cəzanın məhdudlaşdırılması doğru bir hal deyil.
236-cı maddədə isə narkomanlığa təhrik etmə faktıdır ki, bununla bağlı cəzalara da güzəşt edilməsi doğru deyil. Bu hallar gəncləri narkomaniyaya cəlb etmə, onların narkoman olması üçün yoldan çıxarılması, cəmiyyətdən ayrılmasına səbəb olur. Bu gənclər cəmiyyətin kisəsindən gedir. Ona görə də, məncə belə hallara qarşı qəti şəkildə mübarizə aparılmalıdır və burda da yüngülləşdirici hallar nəzərdə tutulmamalı, əksinə daha da qəti addımlar atılmalı, daha sərt cəzalar tətbiq olunmalıdır.
Narkotik bitkilərin əkilməsi, becərilməsi, yayılması və s. hallarla bağlı cəzanı nəzərdə tutan 237-ci maddədə isə azadlığın məhdudlaşdırılması qoyulub, amma mənə elə gəlir ki, bunu hazırlayanda sanki kənd təsərrüfatının inkişafı ilə bağlı bir məsələ nəzərdə tutulub ki, plantasiyalar salınsın və kim nə qədər istəyir bu bitkilərdən əkib becərsin. Azadlığı məhdudlaşdırmaqla bu işlə məşğul olanları bir məkanda saxlayırsan, yəni sən bir ərazi hüdudu çərçivəsində nə qədər istəyirsən çətənə plantasiyaları sal, istehsalı ilə məşğul ol, gəlib topdan malı götürəcəklər. Məncə istehsalla bağlı olaraq, bu maddədə də güzəştli mövqe nümayiş etdirmək olmaz. Daha sərt tədbir görülməlidir. Bu bitkilərin əkilməsi və bu maddələrin istehsalı ilə bağlı qəti şəkildə ağır cəzaların tətbiq olunması daha doğru olar.
Təşəkkür edirəm!”
Səs yazısı:

Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |