Şrift:
Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib
21.10.2017 [09:48] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Kabildə və Qur vilayətində baş verən terror aktlarını pisləyir. Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

"Qətiyyətlə Əfqanıstanın ictimai əminamanlığını pozan müqəddəs yerlərə baş verən hücumları qınayırıq", deyə XİN bildirib. Qurum ölənlərin yaxınlarına, əfqan xalqı və hökumətə baş sağlığı verir, yaralananlara tezliklə sağalmağı diləyib.

Xatırladaq ki, Əfqanıstanda iki məsciddə baş verən partlayışlar nəticəsində 69 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed