21.10.2017 [10:46] - Gündəm, Bildiriş
Keçən həftə də ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.
“Baker Hughes” şirkəti xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 736 təşkil edib. ABŞ-dakı aktiv neft-qaz və qarışıq fəaliyyət göstərən quyuların sayı isə 15 ədəd azalaraq ümumilikdə 913 ədəd olub. Bu, ötən ilin eyni dövründəkindən 360 qurğu çox deməkdir.
Beləliklə də ABŞ-da aktiv neft quyularının sayı son 7 həftənin altısında azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |