01.06.2012 [14:11] - Xəbərlər
Avropa Birliyinin (AB) prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək.
Bu barədə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.
Onun sözlərinə görə, bu, yüksək səviyyəli prezident səfərdir və AB prezidentinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq: “Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir. Bu səfər göstərir ki, AB region ölkələri, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir”.
Səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.
R. Kobia Avropa Komissiyasının prezidenti Manuel Barrozo və AB-nin Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Ketrin Eştonun Dağlıq Qarabağ münaqişənin həllində AB-nin daha aktiv rol oynamaq istədiyini dəfələrlə bəyan etdiklərini xatırladıb.
“Yəqin ki, Herman van Rompey də həmin mesajları səsləndirəcək”, - deyə R. Kobia vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |