01.06.2012 [15:26] - DAVAMın yazıları
Seymur Verdizadə
Qızım məni darta-darta küçənin o başındakı qollu-budaqlı tut ağacının altına apardı. Yoldan ötüb-keçən adamlar aşağı əyilən budaqların üstündəki tutları yesələr də, ağacın başı dolu idi. Xədicə israr etdiyi üçün ağaca çıxdım. Cəmi bir neçə dəqiqə ərzində onun su qabını yetişmiş tutlarla doldurdum. Arada özüm də tut yeməyi unutmurdum. Ağacdan düşəndə əllərim qapqara idi. Sifətimdə çoxlu ləkələr vardı. Qızım günahkar adamlar kimi məndən soruşdu: “Ata, sabah işə necə gedəcəksən?”. Onu başa saldım ki, əl-üzümü sabunla yuyandan sonra heç bir iz qalmayacaq.
Xədicə min bir əziyyətlə dərdiyim tutları bəyənmədi. Tutun dadı mənim də xoşuma gəlməmişdi. Amma elə bilmişdim ki, soyuqladığım üçün ağzımın dadı qaçıb. Dənələr iri olsa da, uşaq vaxtı yediyim tutun dadını vermirdi. Qeyri-ixtiyari olaraq, doğma kəndimizi xatırladım. Həyətimizdə iri bir tut ağacı vardı. Ən azı bir ay biz də, qonşular da onun barını yeyib qurtara bilmirdik. Tutdan bal damırdı. Yəqin ki, ermənilər həmin ağacı kəsiblər. Ya da quruyub. Mən doğma tut ağacımızın düşmənin ağzını dada gətirməsinə inanmıram...
Evə gəlib əl-üzümü yudum. Qara tutdan bir nişanə qalmadı. Halbuki bizim həyətdəki tutun rəngi düz bir həftə adamın əlindən getmirdi. Mən yurd nisgilini növbəti dəfə yaşadım.
Nahardan əvvəl biz marketə gedib, pomidor aldıq. Satıcının dil-boğaza qoymadan təriflədiyi məhsul xoşuma gəlmədi. Dadı toyda-yasda yediyimiz pomidordan fərqlənmirdi. Mən yenə öz kəndimizi xatırladım. Biz həyətdə müxtəlif tərəvəzlər, o cümlədən pomidor əkirdik. Hər dəfə bostana girəndə, ən azı beş-altı pomidor yeyirdim. Bir dəfə rəhmətlik nənəm anama şikayətləndi: “Bu uşaq pomidoru alma kimi yeyir”. Mən dərhal cavab verdim: “Bizim pomidor almadan da şirindir”. Bu hadisəni xatırlayanda, ürəyimdə bir istək baş qaldırdı: “Xəyal məni qanadlarına alıb bircə dəfə doğma yerlərə aparsaydı, ömrümün sonuna kimi heç bir dərdim olmazdı”.
Dünən Şahini Beyləqan rayonunda yaşayan qohumlarımın yanına göndərdim. Uşaq axşam zəng etdi: “Ata, sərin meh əsir”. Bir andaca mənim də qəlbimə sərinlik doldu. Dərhal cavab verdim: “Bizim dağlardan əsən mehdir...”
Oğlum dərindən nəfəs aldı. Hiss etdim ki, o, bizim dağların mehini ciyərlərinə çəkmək istəyir...
P.S. Hər il yayda sinif yoldaşları öz kəndlərinə gedəndə, mən Şahini Beyləqanda yaşayan qohumlarımın yanına göndərirəm. İstəyirəm ki, oğlum doğma yurdun yolunu tanısın. Axı o, bir gün həmin yolla Cəbrayıla gedəcək...
P.P.S. Bu sətirləri yazıb qurtarmamış Xədicə başımın üstünü kəsdirdi. Bu dəfə məqaləmin ilk oxucusu 7 yaşlı qızım oldu. Qardaşının adını eşidəndə, Xədicə dedi: “Ata, mənim də adımı yaz. Mən də Cəbrayıla getmək istəyirəm...”

Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |