Şrift:
Abbas Lisani istintaqa çağırılıb
01.06.2012 [15:37] - Güney Azərbaycan xəbərləri
Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbilin ümumi və inqilab məhkəməsinin 5-ci şöbəsi tərəfindən istintaqa çağırılıb.

Məhkəmə tərəfindən mayın 24-də (xordadın 4-də) Abbas Lisani ilə telefon əlaqəsi saxlanılıb və ona bildirilib ki, müstəntiqin suallarını cavablandırmaq üçün məhkəmənin 5-ci şöbəsinə müraciət etməlidir. Lakin Lisani buna etiraz edib və bildirib ki, yalnız qanuni şəkildə çağırılarsa, məhkəməyə müraciət edə bilər.



Son məlumata görə, güneyli fəal Abbas Lisani istinaqa çağırılması ilə bağlı dünən məhkəmə tərəfindən Çağırış məktubu alıb və bununlada rəsmi olaraq 5-ci şöbəyə çağırılıb.


Çağırışda ona 3 gün möhlət verilib.
Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed