01.06.2012 [15:51] - Güney Azərbaycan xəbərləri
3-cü gün Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi (dadqah-i təcdide nəzər) güney azərbaycanlı fəal Səid Nəiminin etirazına baxıb.Hakim İmaninin sədrliyi ilə keçirilən məhkəmə iclası yerli vaxtla saat 09:00-da başlayıb. Səid Nəiminin vəkili Məhəmmədrza Fəqihiniya ilə birlikdə Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsinin onun haqqında çıxardığı qərara etiraz ediblər.Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsi hakim Həmlbərin sədrliyi ilə Nəimini 2 il həbsə məhkum edib. Məhkəmə onu sistemin əleyhinə təbliğ və casusluqda müavinlikdə ittiham edib.Xatırladaq ki, adını çəkdiyimiz güney azərbaycanlı fəal 2011-ci il dekabrın 31-i (1390-cı il deyin 10-u) 237 gün saxlanıldıqdan sonra 70 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |