Şrift:
Türkiyə Almaniyadan 81 nəfərin ekstradisiyasını tələb edib
24.10.2017 [10:59] - Hüquq
Türkiyə hökuməti Almaniyadan 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə şübhəli bilinən 81 nəfərin ekstradisiyasını tələb edir.
Bunu Almaniya Federal Ədliyyə Nazirliyi ölkə parlamentindəki “Sollar” fraksiyasının məsələ ilə bağlı sorğusunu cavablandırarkən bildirib.
Məlumata görə, Ankara Almaniyanı terrorçuluqda şübhəli bilinən minlərlə Türkiyə vətəndaşını gizlətməkdə ittiham edir.
Ötən həftə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı çıxışında bildirib: “Türkiyə Almaniyaya PKK-nın (Avropa İttifaqının da terrorçu təşkilat olaraq tanıdığı terrorçu qruplaşma - “Report”) 4 500 tərəfdarının dosyesini təqdim edib. İndiyədək biz bunların heç biri ilə bağlı cavab almamışıq”.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed