Şrift:
Azərbaycan xalqı İrandakı saxta ruhaniyyətlə tərəfdaşlıq edə bilməz
01.06.2012 [16:20] - Gündəm
İranda saxta ruhaniyyət var ki, Azərbaycana xas olmayan şeyləri ölkəmizə yapışdırmaq istəyir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda təşkil etdiyi konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Zorla bizi homoseksualizmdə günahlandırırlar. Biz onlara qarşı dirəniş göstəririk, biz İran ruhaniyyətinə deyirik ki, ayıbdır, alnını möhürə vurursan, hər gün əlini Allaha tutursan, amma məsciddən çıxan kimi yalan danışırsan. Bizə belə ruhaniyyət lazım deyil", - deyə Həsənov əlavə edib.

PA rəsmisi bildirib ki, Azərbaycan xalqı belə ruhaniyyətlə heç bir halda tərəfdaşlıq edə bilməz.

"Allaha əl açan, Quran vərəqləyən insan, insanlar arasında İslamı təlqin edən insan məsciddən çıxıb yalan danışmaz. İndi də deyirlər ki, Azərbaycanı qorxutduq, gey-paradı ləğv etdilər, guya biz gey-parad keçirməyə hazırlaşırdıq", - deyə Həsənov əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed