Şrift:
ETTELAATa bağlı bir dərgi Azərbaycan prezidentini TERROR edənə pul vəd etdi
01.06.2012 [16:31] - Güney Azərbaycan xəbərləri
ETTELAAT Nazirliyinə (İran Kəşfiyyat Nazirliyi) bağlı olan “Ərdəbil səsi həftəliyi” (həfte nameye sədaye Ərdəbil) Azərbaycan prezidenti İlham Əliyevi terror edənə pul vəd edib."“Ərdəbil səsi həftəliyi” dərc etdiyi yazıda Azərbaycan Cümhuriyyətinin prezidenti İlham Əliyevin ünvanına kobud ifadələr işlədib.

Yazıda qısaca qeyd olunub:

“Keçən günlərdə məl`un Bəhai müğənnisi Şahin Nəcəfi bir alçaldıcı təranəsi ilə müxtəlif təbəqələri qıcıqlandırdı və təqlid mərcələrindən tutmuş incəsənət xadimləri və hətta naməlum şəxslər, o məl`unun edam edilməsi üçün ödül (mükafat) təyin etdilər.



Doğrudan da İlham Əliyevin Azərbaycandakı Ləyaqəti alçaldan, çirkin və murdar əməlləri və homoseksualların paradı (rejə), o müğənninin əməlindən daha pis deyil?!



İlham Əliyev müsəlman bir ölkənin rəhbəri olduğu halda, ilahi əhkamla savaşa qalxıb və Azərbaycanda homoseksuallığı azad elan edir və bir islam ölkəsinin paytaxtı olan Bakıda şeytanın simvolunu təqdim edir.



Mən islam fiqhindən aldığım dəsrlərə görə, bu məl`unu “Məhdur-ol dom” (islami ədəbiyyatda yanı o kəs ki, onun qanı batildir və onu öldürənə qisas şamil edilməz və cəzalandırılmaz) elan edir və onun qətli üçün öz imkanlarımın daxilində ödül təyin edirəm. Onu öldürənə “Ərdəbil səsi həftəliyi” tərəfindən 10 milyon tümən vəya onun dəyərində dollar verib və əllərindən öpəcəyəm.



Ümid edirəm ki, bu təşəbbüs digər böyüklərimiz tərəfindən də müsbət qarşılanacaq və elə bir gün gələcək ki, həqiqi şiə əziz Azərbaycan ölkəsində hökmranlıq edəcək.

“Allahummə səlli əla Muhəmmədin və ali Muhamməd”"
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed