Şrift:
Rusiyada azərbaycanlı biznesmen öldürülüb
25.10.2017 [10:25] - Xəbərlər, Hadisə
Rusiyanın Saratov vilayətində bizneslə məşğul olan azərbaycanlı işadamı Ceyhun Cəfərov öldürülüb.
Bu barədə Saratov vilayəti İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, naməlum şəxs C.Cəfərova odlu silahdan atəş açıb. O, aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məlumata görə, qatil qarajdan keçərək, Kumıs meşəsində gizlənib. Onun axtarışı davam edir.
Qətl anını evin yaxınlığındakı video-kamera qeydə alıb. Hazırda lent hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Hadisə yerinə Saratov vilayətinin azərbaycanlı icmasının rəhbəri Vladimir Muradov da gəlib. Onun sözlərinə görə, qətl sifarişlə yerinə yetirilib: “Ceyhun axşam saat 18:00 radələrində öz “Leksus” avtomobili ilə evinə gəlib. Muzdlu qatil onu qarajın qapısında gözləyirmiş".
V.Muradov qeyd edib ki, qailin istifadə etdiyi silahın markası hələlik məlum deyil: "Hadisə yerində üç dəfə atəş səs eşidlib".
İcma rəhbəri deyib ki, C.Cəfərovun heç kimlə münaqişəsi olmayıb: "O, çox mərhəmətli və şəfqətli adam idi. Heç kimlə münaqişəsi yox idi. Onun “Vozrojdeniye -KDM” adlı firması Gənc Tamaşaçılar Teatrının köhnə biinasının bərpası ilə məşğul idi. Bu il isə demək olar ki, işləməmişdi. O, heç kimə borclu deyildi. Ancaq ona borcu olanlar var idi”.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed