Şrift:
QMİ: Ümrə ziyarətinə görə Səudiyyə Ərəbistanı ilə hələ ki, müqavilə imzalanmayıb
25.10.2017 [10:30] - İslam dini
Azərbaycandan Ümrə ziyarətinə getmək arzusunda olanların sənəd qəbulunun nə zaman aparılacağı hələ məlum deyil.
QMİ və Səudiyyə Ərəbistanı arasında Ümrə ziyarəti ilə bağlı müqavilə imzalanmayıb: "Müqavilə imzalanmadığı üçün builki Ümrə qiymətləri, səfərin tarixi haqqında dəqiq məlumat yoxdur. Prosesin noyabr ayında başlanılacağı nəzərdə tutulur".
QMİ-dən o da bildirilib ki, İdarənin təşkilatçılığı ilə İraqın şəhərlərinə ziyarətə gedən ilk qrup qayıdıb: "Səfər çox yüksək səviyyədə keçib. İmam Hüseynin şəhadətinin 40-cı günü münasibətilə Kərbala və digər müqəddəs şəhərlərə ziyarət nəzərdə tutulmayıb. Səbəb yeni qrupun yaranmamasıdır. Bu ərəfədə ziyarət qiyməti baha olur. Növbəti qrupun dekabr ayında getməsi nəzərdə tutulur".
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed