Şrift:
Zibili kənar yerə atmağa görə 500 manata qədər cərimələr müəyyənləşdirilir
01.06.2012 [17:20] - Sosial
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklərdə qeyd olunur ki, “İstehsalat və məişət tuallantıları haqqında qanunvericiliyin pozulmsı” maddəsinə bu məzmunda dəyişiklik edilsin.

Yəni, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerə atılması, həmin yerlərdə saxlanmasına görə - fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimə ediləcəklər.

Həmçinin, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 100 manat miqdarında cərimə ediləcəklər.
Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed