Şrift:
Qırğız parlamentinin sədri istefa verib
25.10.2017 [10:42] - Türk dünyası-Turan
Qırğız Respublikası parlamentinin sədri Çınıbay Tursunbekov vəzifəsindən istefa verib.
O, bunu parlamentin oktyabrın 25-də keçirilən iclasında elan edib.
“Mənim bütün fəaliyyətim qanunvericilik prinsiplərinə əsaslanıb. Prezident seçkisi zamanı yaranmış siyasi hərarəti aşağı salmaq üçün istefa verməliyəm”, - Ç.Tursunbekov vurğulayıb.
Qeyd edək ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekov qalib gəlib.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed