25.10.2017 [10:49] - Türk dünyası-Turan
Oktyabrın 23-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un, Azərbaycan-Braziliya dostluq qrupunun sədri, senator Kristovam Buarkenin dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin təşkilatçılığı ilə Braziliya Milli Konqresində “Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” mövzusunda elmi konfrans, konsert və fotosərgi keçirilib.
Tədbiri açan senator Kristovam Buarke mədəniyyətlərarası dialoqun və belə tədbirlərin Braziliya üçün vacibliyindən danışıb. O, qədim türk mədəniyyətinin müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynadığını vurğulayıb.
Sonra Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirləri Elxan Poluxov, Əli Qaya Savut və Kayrat Sarjanovun məruzələri dinlənilib.
Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mədəniyyətlərarası və qitələrarası dialoqda rəhbərlik etdiyi Fondun rolundan danışıb, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb. Bildirib ki, qədim köklərə mənsub olan türk xalqlarının ən böyük xəzinəsi zəngin ortaq keçmişi, tarixi, mədəniyyəti, adət-ənənəsidir. Bu xəzinənin qorunması və dünyaya tanıdılması Fondun qarşısında dayanan əsas prioritetlərdəndir.
Sonra AMEA-nın Şərqşünaslıq İnstitutu direktorunun müavini, Elmlər Akademiyasının həqiqi üzvü Şahin Mustafayev “Türk xalqlarının şərqə doğru hərəkəti: tarixi və mədəni təkamülün mərhələləri” və TÜRKSOY-un baş katibinin müavini Firat Purtaş “TÜRKSOY və mədəni diplomatiyası” mövzularında çıxış ediblər.
Braziliyalı tədqiqatçı Tereza Kolor “Türk xalqlarının zərgərliyi” mövzusunda çıxış etdikdən sonra qonaqları mövzuya aid kolleksiya ilə tanış edib.
Konfransın bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.
Həmin gün Braziliya Milli Konqresində Azərbaycanın, Türkiyənin və Qazaxıstanın türk mədəniyyətinə aid fotolarından ibarət sərginin açılış mərasimi olub. Fotosərginin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, senator Kristovam Buarke, Azərbaycan, Türkiyə və Qazaxıstan səfirləri Elxan Poluxov, Əli Qaya Savut və Kayrat Sarjanov, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş çıxış ediblər.
Tədbirdə Braziliya parlamentinin üzvləri, universitet professorları, elmi dairələrin mütəxəssisləri, diplomatik korpusun nümayəndələri, Braziliya ictimaiyyətinin fəal üzvləri, jurnalistlər və tələbələr iştirak ediblər.
Braziliyada ilk dəfə türk xalqlarının birgə mədəni irsinin təbliğinə aid olan hər üç tədbir yerli mətbuatda geniş işıqlandırılıb.
Aygün Əliyeva

Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |