Şrift:
Unikal tibbi skaner ixtira edilib
25.10.2017 [10:51] - Sağlıq
Rusiyalı alimlər real vaxt rejimində dərinin üst qatlarında qanın mikrosirkulyasiyası prosesini vizuallaşdırmaq üçün “LaserMicroVision” cihazını hazırlayıblar. Buna bənzər avadanlıq yalnız İsveçrədə var. Lakin onun böyük ölçüləri istifadə imkanlarını məhdudlaşdırır.

Yeni qurğu patologiyaların səbəblərini aşkarlayır və zədələnmə zonalarını müəyyən edir. Lazer şüası dərinin iki millimetrə qədər dərinliyinə nüfuz edərək eritrositlərin hərəkət sürətini kontaktsız üsulla hesablamağa imkan verir. Lazer şüasının dəriyə belə təsiri zərərsizdir və xəstə onu hiss etmir.

“Qurğunu bir ildən çoxdur ki, hazırlamışıq. İndi işin tamamlanması və konkret kliniki vəziyyətlər üçün ixtisaslaşdırılmış proqram təminatının yazılması ilə məşğuluq”, – deyə layihənin eksperti Andrey Fomin bildirib.

İstehsalçıların sözlərinə görə, cihazdan tibbin xüsusi tədqiqatların keçirilməsini tələb edən istənilən sahəsində (onkologiya, dermatologiya, travmatologiya, plastik və rekonstruktiv cərrahiyyə) istifadə etmək olar.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed