18.10.2011 [13:00] - Müsahibə
Etibar Məmmədov: “İstiqlalçı deputatlara qarşı qərəzli münasibətin olması təkzibolunmaz faktdır”
Azərbaycanın müstəqilliyini qazanması dedikdə ağlıma gələn ilk şəxslərdən biri AMİP-in fəxri lideri Etibar Məmmədov oldu. Etibar bəy istər azadlıq hərəkatında istərsə də, istiqlalçı deputatlar arasında liderlərdən biri olub və Azərbaycanın müstəqilliyini qazanmasında rolu olduqca böyük olub. Düşündüm ki, müstəqilliyimizin 20-ci ildönümündə bu müstəqilliyin memarlarından biri olan Etibar Məmmədovla müsahibə yerinə düşər.
- Azərbaycanın müstəqilliyində ən mühüm rolu oynamış iki-üç şəxsdən biri kimi müstəqil Azərbaycanımıza baxanda hansı hissləri keçirirsiniz?
- Qürur hissi duyuram ki, dövlətimiz müstəqilliyini bərpa etdi və qürur hissi duyuram ki, bunda kiçik rolum olub.
- O günləri necə xatırlayırsınız?
- Şübhəsiz ki, Azərbaycanın müstəqilliyini qazanması, daha doğrusu bərpa etməsi və dünyanın onu tanıması mühüm bir hadisəydi. Azərbaycan xalqı 1920-ci ildə Sovet ordusunun yurdumuzu işğalıyla heç vaxt barışmayıb və daim mübarizə aparıb.Bu mübarizə müxtəlif mərhələlərə bölünür. Sadəcə 80-ci illərdə bu mübarizə kütləviləşdi və o vaxtkı dövrün geosiyasi tələbləri nəticəsində tam hüquqi və qanuni yolla qələbə qazandı.
- Bəzi insanlar düşünürlər ki, Azərbaycanın müstəqillik qazanmasında xalqın mübarizəsindən daha çox o dövrün geosiyasi tələblərinin rolu olub. Siz bu barədə nə düşünürsünüz?
- Ümumiyyətlə bu iki faza bir-biriylə sıx bağlıdır. Dünyada o qədər güclü hərəkatlar olub ki geosiyasi tələblərlə uyğunsuzluq təşkil elədiyinə görə məğlub olublar. Amma bunu da danmaq olmaz ki, təkcə geosiyasi tələblərin uyğun gəldiyinə görə müstəqillik qazanılmır. Müstəqilliyi xalq istəməli və bunun uğrunda mübarizə aparmalıdır. Yoxsa heç kəsə müstəqilliyi hədiyyə etmirlər ki.
- Bəs müstəqillikdən sonra Azərbaycanda başlayan siyasi iğtişaşlar, mübahisələr sizcə nə ilə bağlı idi?
- Bu, tamamilə təbii haldır. Müstəqillik elə istəkdir ki, bunun uğrunda müxtəlif düşüncəli insanlar birləşə bilirlər. Bizdə də elə idi. Biz hərəmiz bir düşüncənin adamı olduğumuza baxmayaraq müstəqillik ideyası ətrafında birləşmişib xarici qüvvələrə qarşı mübarizə aparırdıq. Amma istəyimizə nail olandan sonra insanlarda hakimiyyət yanğısı yarandı və onlar bundan ötrü mübarizə apardılar. Bu, bütün bənzər taleləri yaşayan dövlətlərdə olur. Bəzilərində sakit, bəzilərində isə qanlı,silahlı şəkildə.
- Müstəqilliyimizi qazanandan sonra bəzi qüvvələr istiqlalçı deputatlara qarşı qərəzli münasibət bəsləməyə başladı. Bunun səbəbi sizcə, nə idi?
- İstiqlalçı deputatlara qarşı qərəzli münasibətin olması təkzibolunmaz faktdır. Bunu həm əvvəllər, həm də indi aydın şəkildə görmək olar. Amma bunun subyektiv səbəbləri var. İndi bu dəqiqə Milli Məclisdə, hakim dairələrdə oturan məmurların böyük əksəriyyəti o dövrdə Azərbaycanın müstəqilliyini istəməyən, hətta Sovet ordusunun Azərbaycana hərbi müdaxiləsinə imza atan adamlar idilər. Biz qalib gəldik deyə onlar istiqlalçı deputatlara düşmən kimi baxırlar. Ola bilər ki indi keçmişdəki seçimlərindən peşman olublar, amma bu onlara haqq vermir ki, istiqlalçı deputatların haqlarını tapdalasınlar.
- İstər həmin dövrlərdə, istərsədə indinin özündə xalq nümayiş etdirir ki, istiqlalçı deputatları dəstəkləyir. Bəs xalqın bu dəstəyi fonunda hakimiyyətin bu münasibəti nə deməkdir? Yəni doğrudanmı hakimiyyət xalqın iradəsinə qarşı siyasət yürüdür?
- Onlar elə demirlər də. Onların fikrinə bu siyasət ölkənin müstəqilliyinin qorunması üçündür. Bunun nə dərəcədə doğru olub olmamağı ayrı bir müzakirə mövzusudur.
- Müstəqilliyimizi qazandıq. Bəs sizcə indi nə uğrunda mübarizə aparmalıyıq?
- Belə düşünürəm ki, indi biz hər şeydən əvvəl sağlam düşüncəyə sahib olan cəmiyyət formalaşdırmalıyıq. Bu, hər şeydən əvvəldir. Sonra isə dövlətin inkişafı,ərazi bütövlüyünün bərpası üçün çalışmalıyıq.
- Bəs sizcə bu dedikləriniz hansı səviyyədə yerinə yetirilir? Dövlətimizin inkişafı sizi razı salırmı?
- Qətiyyən yox. Azərbaycanın istər iqtisadi, istər sosial, istərsədə siyasi cəhətdən inkişafı çox cüzi nəzərə çarpır. Bu, belə olmamalıdır. Məmurların qurduğu miflərə baxanda gördüyümüz mənzərə gülüncdür.
Sonda Etibar bəy bütün xalqımızı müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik etdi.

Müsahibəni hazırladı:
Şahlar RUHİ
Şahlar RUHİ
Bu xəbər oxucular tərəfindən 3582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |