25.10.2017 [11:11] - Xəbərlər, DAVAMın yazıları
Nadir şah Təbriz naibinə məktub yazaraq üçüncü Şah Abbasın səltənəti haqqında bəzi göstərişlərini verir, Şahın şərəfinə hədiyyələr verilməsini, adına xütbələr oxudulmasını və Təbriz zərbxanasında üstündə adı çəkilmiş qızıl və gümüş sikkə kəsilməsini tapşırır.
Enter.News Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının fars dilindən tərcümə etdiyi həmin məktubu təqdim edir:
“Böyuk qayğılarla və sonsuz sayğılarla ulu izzət xatirinə ixtisas olunmus səltənətin Təbriz naibi bilsin ki, səltənət və hökmranlıq işinə müvəkkil olmaq və vəzifədən kənarlasdırılmaq “İstədiyin kimsəyə mülk verərsən və istədiyin kimsədən mülkü alarsan” (Ali-İmran 26 ) ayəsinin hökmüncə həyata keçirilir və uca padşahlıq işlərində dəyişikliklərin baş verməsi “İstədiyin kimsəni ucaldar, istədiyin kimsəni alçaldarsan” (Ali-İmran.26) ifadəsi ilə yenilməz şahənşahın hikmətli düşüncəsinə bağlıdır. Bu səadtnişan anlarda “Və bu günləri insanlar arasında dövr edirik” (Ali-İmran. 140) yazısına müvafiq olaraq uzaqgörən məmurların məsləhətilə səltənət və hökmranlıq taxtı və cahandarlıq övrəngi “Və ona uşaqlıqda bilik bağısladıq” (Məryəm.12) əsərinin nümunəsi və “Onu ulu yerə qaldırdıq” (Məryəm. 57) ayəsinin təzahürü olan o xoşbəxt, qələbə çalan, hörmətli və müqəddəs əlahəzrət zatına təqdim olunmus və onun əzəl çağdan dünyaya ağalıq etmək lütfünə və məmləkəti idarə etməyə, yəni mülk ilə millətin intizamına bais və ölkə, din və dövlət işlərində Üçünçü Şah Abbasa varis (Allah onun ömrünü (bəd) hadisələrdən qorusun!) olması təqdir edilmişdir. Seçilmiş başçılar və mötəbər, adlı-sanlı xadimlər şəhriyarlıq gözünün nuru və cahandarlıq alnının qürrəsi ilə zinətləndirilmiş, o günəşəbənzər alicahın fəxri xələtləri qələbənişan ordunun sərkərdələrinə şəfqət və mübarək sikkə ilə göndərilmişdir. Lazımdır ki, humayun hökm və xurşidünvanlının xələtləri adət ilə qəbul olunsun, fəxri xələtlər etibar çiyninin və şərəfli nişan iftixar dəbilqəsinin bəzəyi edilsin, qayda-qanunlara müvafiq olaraq bayram məclisləri düzəldilsin, sərkərdələrin xələtləri onlara təslim olunsun və bu ətaların əvəzinə Yaradanın adına şükr səcdələri qılınsın, Təbriz zərbxanasında üstündə adı çəkilmiş qızıl və gümüş sikkə kəsilsin, şadlıq nağaraları uca avazla səslənsin, hamıya və hər kəsə sevinc müjdəsini çatdırmaq üçün Azərbaycanın ətraf məmləkətlərinə ali hökm göndərilsin.”
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |