Şrift:
“Türkologiya” jurnalının üçüncü nömrəsində…
26.10.2017 [10:58] - Türk dünyası-Turan
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün üçüncü nömrəsi işıq üzü görüb.

Nəşrin məsul katibi Elçin İbrahimov jurnalın bu nömrəsində Azərbaycan, türk, ingilis və rus dillərində Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Cənubi Koreya, Almaniya alimlərinin məqalələrinin yer aldığını bildirib.

Məsul katibin sözlərinə görə, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın yeni nömrəsində “Klassik irs. Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Yazılı abidələr”, “Mifologiya”, “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə dörd dəfə, üçaydanbir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed