26.10.2017 [10:58] - Türk dünyası-Turan
Qırğızıstan parlamenti oktyabrın 25-də ölkənin qanunverici orqanının spikeri postuna hakim koalisiya tərəfindən namizədliyi irəli sürülən 40 yaşlı deputat Dastan Cumabekovu səs çoxluğu ilə dəstəkləyib.
“Qırğızıstan” partiyasından deputat seçilən Dastan Cumabekovla birgə parlament sədri postu uğrunda daha bir namizəd – müxalifət tərəfindən namizədliyi irəli sürülən “Onuquu-proqress” partiyasının nümayəndəsi İshak Masaliyev mübarizə aparırdı.
Səsvermə zamanı Cumabekov 120 yerlik parlamentdə 80, Masaliyev isə 32 səs toplaya bilib.
Qeyd edək ki, bir qədər əvvəl parlamentin iclası zamanı Çınıbay Tursunbekov spiker postundan istefa verdiyini bildirmişdi. O, istefa barədə qərarını ölkədə oktyabrın 15-də keçirilən “prezident seçkilərində yüksələn hərarəti azaltmaq” məqsədi ilə qəbul etdiyini deyib.

Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |