26.10.2017 [10:59] - Sağlıq
İnsanın qəbul etdiyi qidanın, içdiyi suyun, yaşadığı mühitin uzunömürlüyə böyük təsiri var. Biz dağ adamları əsasən təbii qidalara, özümüzün əkdiyimiz məhsullara üstünlük veririk.
Fatimə Süleymanovanın 6 övladı, 25 nəvəsi, 35 nəticəsi var. Həyətyanı sahəsində toyuq-cücə saxladığını, meyvə-tərəvəz əkib-becərdiyini, onlara özünün qulluq etdiyini söyləyən Fatimə nənə, zəhmətə alışmayan insanın uzunömürlü ola bilməyəcəyini vurğulayır.
O, 1935-ci ildə ailə vəziyyəti ilə əlaqədar Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisiyan) rayonuna köçüb, 1947-ci ildə atasını itirib, 1949-cu ildə isə yenidən Naxçıvana qayıdıb. Fatimə nənə insanın öz doğma yurd-yuvasından gözəl yer olmadığını bildirir.
“Həyat yoldaşımı cavan ikən itirdim. Övladlarımı boya-başa çatdırmaq üçün kolxozda sağıcı işləməli oldum, öz zəhmətimlə uşaqlarımı böyütdüm” – deyən Fatimə nənə, həyatda qarşılaşdığı çətinliklərin onu daha möhkəm və iradəli etdiyini söyləyir.
Bu ağbirçək qadınla həmsöhbət olarkən istər-istəməz insanı bir sual düşündürür: Görəsən yüz il yaşamağın hər hansı bir sirri varmı. Sanki sualımızı qabaqcadan bilən Fatimə nənə deyir: “Uzun ömür sürməyimin səbəbinə gəldikdə, təmiz qida və dağ havası məni bu yaşımda belə gümrah saxlayıb. Sizə də məsləhətim odur ki, 100 il yaşamaq istəyirsinizsə, təbiət qoynunda yaşayın, təbii qidalara üstünlük verin”.

Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |