Şrift:
Külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən şəxslər saxlanılıb
26.10.2017 [11:02] - Hüquq
Qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçıIıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, keçirilmiş baxışlar nəticəsində həmin şəxslərdən 71 min 500 ABŞ dolları, 6500 rubl və 4361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed