02.06.2012 [11:41] - Diaspor
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Bill Şuster və Den Boren 28 May - Respublika Günü münasibətilə bəyanat veriblər.
Bəyanatda Azərbaycan və ABŞ arasında möhkəm tərəfdaşlığın önəmi vurğulanıb, habelə Azərbaycanın qlobal enerji təhlükəsizliyi və beynəlxalq terrorizmlə mübarizəyə verdiyi ciddi töhfə verdiyi qeyd edilib.
Konqres üzvləri Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı layihələrinin əhəmiyyətini xüsusi qeyd ediblər. Eyni zamanda, konqresmenlər öz bəyanatlarında Azərbaycanın dünyəvi və tolerant bir müsəlman ölkəsi olaraq çox uğurlu bir model ortaya qoyduğunu bildiriblər.

Bu xəbər oxucular tərəfindən 1306 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |