26.10.2017 [11:24] - Xəbərlər, Türkün şanlı tarixi
Azərbaycan Cümhuriyyətinin yüz illiyi çərçivəsində, Cümhuriyyət ordusunun Türkiyəyə mühacirət edərək qurtuluş savaşına qatılan zabitləri seriyasından, bu dəfə sizlərə Türkiyə Silahlı Qüvvələrinin generalı olmuş, istiqlal savaşçısı, Cahangir bəy Bərkərdən (Novruzov) söhbət açacam.
İstiqlal savaşçısının izi ilə...
Onun haqqında ilk dəfə iki il öncə, araşdırmaçı jurnalist Qoşqar Salmanlının qələmə aldığı, "Atatürkün təkidi ilə təhsil alan azərbaycanlı general" başlıqlı məqalədə oxumuşdum. Türkiyə Silahlı Qüvvələrinin polkovniki, həmyerlim Firudin bəy Daryal haqqında araşdırma apararkən, Cahangir bəyin adı bir çox qaynaqlarda qarşıma çıxmışdı. Azərbaycanlı mühacirlərin Türkiyədə çıxardıqları və Azərbaycan mühacirətinin öyrənilməsində əvəzsiz bir qaynaq olan “Azərbaycan" dərgisinin 1958-ci ildə çıxan 4 – cü sayında polkovnik Baba bəy Behbud “General Cihangir Berkeri kayb etdik" başlıqlı məqaləsində, qısa da olsa Cahangir bəyin fəaliyyətindən bəhs edir və məqalənin sonunda ailəsi haqqında qısa bilgi verir.
Cahangir bəy haqqında internet üzərindən axtarış apararkən, "Cumhuriyet" qəzetinin 15 sentyabr 1950 – ci il və 9 oktyabr 1950 – ci il çıxan saylarında İzmirdə keçirilən hərbi təlim və Edinburq dükünün qarşılanma mərasimi ilə bağlı xəbərlərdə, tuğgeneral (general – mayor) Cahangir Bərkərin qarnizon komandiri olmasından bəhs olunur. Qəzetin 2 sentyabr 1951-ci ildə çıxan sayında isə İzmirdə “Yurd içi bölgə komandanlığı” vəzifəsini icra etdiyi zaman, Koreya savaşından yaralanıb gələn qaziləri qarşılayanlar arasında onun da adı çəkilir.
Övladlarının adlarını bilmədiyim üçün, axtarışlardan ciddi bir bilgi əldə edə bilməmişdim. Lakin bir gün “Facebook” üzərindən axtarış apararkən Cahangir Bərkərin 2015 – ci ildə paylaşılmış bir şəkili qarşıma çıxdı. Cahangir Bərkər həyat yoldaşıyla “İş bankının” İzmir, Bornova şöbəsinin açılış mərasimində iştirak edərkən çəkilmiş şəkil idi. Aynur Evrən adlı xanımın paylaşdığı şəkli, Cahangir Sakman adlı başqa bir nəfər paylaşmış, Ebru Gürsan, Ezgi Gürsan, Bərkər Evrən adında şəxslər isə şərh yazmışdılar.
Tapmışdım...
Aynur Evrən Cahangir bəyin qızı, Bərkər Evrən, Cahangir Sakman, Ebru Gürsan nəvəsi, Ezgi Gürsan isə nəticəsi idi. Ebru xanımla telefonla danışdım. Uzun illərdən sonra Azərbaycandan bir nəfərin babası haqqında araşdırma aparmasına həm sevinmiş, həm də kövrəlmişdi. Daha sonra Bərkər bəylə telefonla danışdıq. Bərkər bəy işləri ilə əlaqədar, bir neçə dəfə Bakıda olduğunu, babasının qohumlarından bəlkə də kimlərsə qalıb deyə sorub-soruşdursa da, heç bir nəticə əldə etmədiyini söylədi.
Kimdir Cahangir Bərkər?!
Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin generalı Cahangir Bərkər, Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının batareya komandiri kapitan Cahangir bəy Yusif bəy oğlu Novruzovdur. Türkiyədə soyad qanunu çıxdıqdan sonra “bərk ər, igid, döyüşkən ər” anlamı daşıyan “Bərkər” soyadını götürmüşdür.
1894-cü ildə, Bakı şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Zamanında Azərbaycanda hərbiçilər nəsli kimi tanınan görkəmli bir nəslin, Tovuzun Qovlar kəndindən, Novruzovlar nəslinin nümayəndəsidir. Azərbaycan hərb tarixinin dəyərli araşdırmaçısı Şəmistan Nəzirli “General Əliağa Şıxlınski ömrü” və ”Arxivlərin sirri açılır” kitablarında Novruzovlar haqqında geniş məlumatlar verərək, bu nəslin Azərbaycanın hərb tarixinə 28 aprel işğalına qədər general - leytenant Mirzə Hacı bəy Novruzov, qvardiya polkovniki Kərim bəy Novruzov, 1918-20-ci illərdə isə general- mayor Teymur bəy Novruzov, mayor Rüstəm bəy Novruzov kimi hərbçilər bəxş etdiyini yazır və Azərbaycan Cümhuriyyəti Süvari diviziyasının komandiri general Teymur bəy Novruzovun, Mirzə Hacı bəy Novruzovun oğlu olduğunu qeyd edir.
Lakin Cahangir bəyin nəvəsi Bərkər Evrən, mənə göndərdiyi sənədlərin içində Cahangir bəyin, qızı Günaç xanıma yazdığı məktubda ailəsi haqqında məlumatlar bir çox qaranlıq məqamlara işıq salmış olur. Cahangir bəyin yazdıqlarından belə anlaşılır ki, Teymur bəy Novruzov Çar ordusunun generalı Mirzə Hacı bəy Novruzovun yox, onun qardaşı, qvardiya polkovniki Kərim bəy Novruzovun oğludur. Eyni zamanda atası və digər qardaşının da hərbiçi olduğunu yazır. Beləliklə məlum olur ki, bu nəsildən 5 yox, 7 nəfər hərbiçi çıxıb.
Bərkər bəy deyir ki, babam öz keçmişi haqqında danışmazmış. Lakin həmin vaxt Ərzurumda yaşayan qızı Günaç xanım, orada azərbaycanlı mühacirlər ilə tanış olur. Onların Cahangir bəyin Azərbaycandakı həyatı haqqında suallarına məlumatsızlığı səbəbindən cavab verə bilməyən Günaç xanım, atasına məktub yazanda ailə üzvləri haqqında yazmasını xahiş edir. Cahangir bəy də ölümündən 7 ay əvvəl, 20 yanvar 1958-ci ildə qızına yazdığı məktubda ailə üzvləri haqqında məlumat verir.
İxtisarlarla həmin məktubdan bir hissəni təqdim edirəm: “Anam Kabarday qəbiləsindən miralay Zaur bəyin qızıdır. Bu zat, yəni mənim babam, istefasından sonra Quba ətrafındakı mülkünə çəkilmişdir. Soyadı da Novruzovdur. Novruzov həm də bizim, yəni babamın soyadıdır. Anamın qohumlarından daha əvvəllər Türkiyəyə mühacirət edənlər olduğunu bilirəm. Ancaq anama qohumluq dərəcələrini və adlarını xatırlaya bilmirəm. Anam Leyli Bakıda Qız məktəbindən məzun olmadan, atam ilə evlənmişdir. Atam həmin zamanlar Draqun süvari 44-cü Nijeqorod alayında baş leytenant idi.
Biz üç oğlan və bir qız olmaqla, bu ailənin uşaqları idik. Ən böyüyümüz Teymur bəy idi. 1-ci Cahan savaşında, babamın da xidmət etdiyi 44-cü alayda xidmət etmişdir. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra süvari diviziyasının komandiri təyin edildi. İkinci qardaşım Kazım bəy idi. Birinci cahan savaşında rusların 33-cü piyada diviziyasının topçu briqadasında 2-i batareyanın komandiri idi. Azərbaycan hökuməti zamanı miralay rütbəsi ilə (podpolkovnik) Topçu tuqayın komandiri idi. Kazım evli idi, Cəbrayıl adlı bir oğlu vardı. Əgər indi sağdırsa 47-48 yaşı olar. Bacım Zümrüd isə hələ 18 yaşında olarkən Kırımın Şamxaloğulları sülaləsindən Taştan bəy ilə evlənmişdi. Kürəkənimiz də Kırım süvari alayında podpolkovnik idi. Ailənin ən kiçiyi mən idim. Birinci dünya savaşı başlayanda 18 yaşım vardı və teymən (leytenant) olaraq draqun alayının süvari bölüyündə xidmət edirdim. Babam Kərim Paşa 96 yaşında olarkən mən Azərbaycanı tərk etdim. Babam Rus çarının daxili mühafizə qvardiyasının komandiri idi və son günlərinə qədər təqaüdə çıxmadı. Onun həyatı uzun bir hekayədir”.
Gənc zabit Cümhuriyyət ordusunda
1917-ci il oktyabr inqilabdan sonra Cahangir bəy Novruzov bir müddət Tiflisdə qalır. Orada Sultan Məcid Qənizadə ilə tanış olur. Sultan Məcid Qənizadə Cahangir bəyi Məhəmməd Əmin Rəsulzadə və Fətəli Xan Xoyski ilə tanış edir. 1918-ci ilin aprel ayında Tiflisdə həbs edilir. Lakin azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilib Gəncəyə göndərilir. 28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra, qardaşları polkovnik Teymur bəy Novruzov (sonralar general), polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birgə Cümhuriyyət ordusuna qatılmışdır. Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusuyla birgə, İyun ayının ortalarından sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə iştirak etmişdir.
Bakı işğaldan azad ediləndən sonra, 23 sentyabr 1918-ci il tarixdən etibarən Qarabağ hərəkatı başlayır. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edirdi. Qarabağ hərəkatına 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1 – ci Azərbaycan diviziyası daxil idi. Baş-leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyası 1 – ci Azərbaycan diviziyasının tərkibinə daxil idi. Oktyabr ayının 4 – də Türk Qafqaz İslam Ordusu Ağdamdan Şuşaya doğru hücuma başladı. Əsgəran ətrafında güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında şiddətli döyüşlər baş verir. Cahangir bəyin Topçu batareyasıyla birgə 1-ci Azərbaycan diviziyasının digər topçu batareyalarının sürəkli atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçıb dağılırlar. Bununla da ordunun Şuşa istiqamətində hərəkəti asanlaşır və iki gün sonra, 8 oktyabr 1918 – ci ildə Qafqaz İslam Ordusu Şuşaya daxil oldu.
1918-ci ilin oktyabr ayından etibarən komandiri olduğu topçu batareyası ilə Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə iştirak edir, bölgədə asayişin bərqərar olmasında böyük xidmətlər göstərir və bütün bunların müqabilində “kapitan” rütbəsi ilə təltif olunur.
1920-ci ilin martın 21-də, Novruz bayramı gecəsində Ermənistan hökumətinin dəstəyi ilə silahlanmış erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Cahangir Novruzov da topçu batareyası ilə bu döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərir.
Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər aprel ayının ortalarında Azərbaycan ordusunun zəfəri ilə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də azad edilərək, düşmən qüvvələri bütünlüklə məhv edilir.
Gəncə və Qarabağ üsyanında
Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə apardığı bir zamanda, bolşeviklər daxili xainlərdən və quzey sərhədlərimizdə olan boşluqdan istifadə edərək yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir.
28 aprel 1920-ci ildə Azərbaycanda hakimiyyət çevrilişi olandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranmışdı. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda, Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi. May ayının 24-dən 25-nə keçən gecə, adlarını tariximizə qızıl hərflərlə yazan sərkərdələrimiz, Cavad bəy Şıxlınskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazımbəylinin və Teymur bəy Novruzovun başçılığıyla Gəncədə üsyanı başlayır.
Cahangir bəy 1 – ci piyada diviziyasının tərkibində Azərbaycan ordusunun digər bölmələri və könüllü dəstələrlə birgə Gəncə üsyanında iştirak edir.
Bir həftə davam edən şiddətli döyüşlərdən sonra üsyan amansızlıq ilə yatırılır. Üsyan yatırılandan sonra da ruslar və ermənilər Gəncədə qanı su yerinə axıdırlar. Cümhuriyyət ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər rütbəli hərbiçisi, o cümlədən də minlərlə insan bolşeviklər tərəfindən güllələnir.
Gəncə üsyanından sonra 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlayır. Cahangir bəy Novruzov da Gəncə üsyanından sağ qurtulan silahdaşlarıyla üsyana qatılır. Qarabağ üsyanı da böyük amasızlıq ilə yatırılandan sonra, Cahangir bəyin komandiri olduğu topçu batareyası Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığında Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olurlar.
Azərbaycanlılar Qurtuluş savaşında
İranda polkovnik Nuh bəy Sofiyev, komandanlığı podpolkovnik Səməd bəy Rəfibəyliyə verib , ordudan ayrılır. Azərbaycan birlikləri İran ordusunun bölmələrinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün, hücuma məruz qalırlar. Cahangir bəy silahdaşları ilə birgə savaşa-savaşa Araz çayı boyunca hərəkət edib, top batareyasında olan ağır səhra toplarını çətin dağ yolları ilə Maku üzərindən Türkiyəyə keçirərək, Doğu Bəyaziddə qərar tutmağa müvəffəq olurlar. 1920-ci ilin iyun ayının sonlarında Azərbaycan birlikləri Həsənqala istiqamətində hərəkət edirlər, 31 iyunda Həsənqalaya, daha sonra isə Ərzuruma daxil olub, Soyuq Cermik bölgəsində qərargah qururlar. Burada bir müddət qaldıqdan sonra , Türkiyə Böyük Millət Məclisinin qərarıyla 56 nəfəri (və yaxud 65 nəfəri) zabit olmaqla 1200 (və yaxud 2000) nəfərlik süvari və piyada alayı Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunurlar.
Soldan birinci Cahangir Bərkərr, sağdan ikinci həyat yoldaşı Vasfiyə xanım. Türkiyənin prezidenti İsmət İnönünün 1950-ci ildə İzmirə səfəri zamanı.
Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qoşulacağı ilə bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Cahangir bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Doğu hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən təyyarələrini müharibə meydanından qovaraq komandirlərinin təqdirini qazanır. Qars yönündə gedən döyüşlərdən birində ağzından qəlpə yarası alır. Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə başa çatan Doğu Hərəkatından sonra, top batareyası ilə batı cəbhəsinə göndərilir. Burada İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edir. Qurtuluş savaşında göstərdiyi igidliklərə görə Cahangir bəy Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeni ilə təltif edilir. Savaşdan sonra “Şeyx Səid”, 1-ci Ağrı, 2-ci Ağrı üsyanlarının qarşısının alınmasında iştirak edir.
1928-ci ildə təhsilini artırmaq üçün İstanbulda hərbi məktəbə daxil olur. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra, “mayor” rütbəsi ilə təltif olunur. Hərbi xidməti boyunca bacarıqlı və intizamlı bir zabit kimi müntəzəm olaraq təltif olunur. Kütahyada Baş Komandanlığa bağlı olan Topçu alayının komandiri olarkən, üstün xidmətlərinə görə komandanlığın təqdirini qazanır. Komanda təhsilini bitirdikdən sonra 8 avqust 1948 – ci ildə general - mayor (tuğgeneral) rütbəsi ilə təltif olunur. İzmir şəhərində qarnizon komandiri, daha sonra isə yurd içi bölgə komandiri vəzifəsində çalışır. 1953 – cü ildə yaş səbəbi ilə təqaüdə çıxır.
Novruzovlar ailəsinin faciəsi
Cahangir bəy qızı Günaç xanıma yazdığı məktubda ailə üzvləri haqqında məlumat verərək yazır: “Atam Yusif bəy Novruzov 1909 – cu ildə 13 – cü süvari alayın komandiri olarkən 48 yaşında vəfat edib. Qardaşım Teymur bəy rus istilası səbəbi ilə Tiflisə və oradan Batumi üzərindən İstanbula getmişdir. Mən Türkiyəyə gəldiyim zaman qardaşım İstanbulda çox sıxıntı çəkmiş və hamballıq etməyə məcbur olmuşdur. Rusiya iç savaşında kommunistlər qalib gələndən sonra son rus qüvvələri komandiri qardaşımın sinif yoldaşı olan Vrangel İstanbula gəlmiş və qardaşımı da özüylə Parisə aparır. Qardaşım Teymur 1927 və yaxud 1928 – ci ildə Parisdə vəfat edib. Ortancıl qardaşım Kazım bəy bolşeviklərin əlinə keçir və qəddarlıqla öldürülür. Oğlu Cəbrayıl və anası (anası rus idi və istehkam generalının qızı idi) haqqında heç bir məlumatım yoxdur. Kürəkənim Taştan bəy Rusiya iç savaşında iştirak etmiş, ancaq bacım və kürəkənimin aqibəti mənə məlum deyil”.
Qızı Aynur xanım Cahangir bəy haqqında xatirələri: “Atam Azərbaycanda tanınmış və varlı bir ailənin övladı olub. Rusiya işğalından sonra doğmalarını itirmiş və ağır faciələr yaşamışdı. Lakin bütün bunları Türkiyədə qurduğu yeni həyatında anama və bizlərə heç vaxt danışmamışdı. Bəlkə də yaşadığı faciələri unutmaq istədiyi və bizləri üzmək istəmədiyi üçün danışmırdı. Atam vəfat edəndə mənim 9 yaşım vardı. Onun keçmişi haqqında bilgiləri ölümündən 7 ay öncə bacım Günaç xanıma yazdığı məktubdan, Baba bəy Behbud və digər dostlarının danışdıqlarından öyrənirdik. Atam çox kübar, bir az da bədxərc bir insan idi. Görünür əski varlıqlı günlərinin alışqanlığı idi. Çox istedadlı adam idi, mütaliəni sevərdi. Rus və alman dillərini təmiz bilir, yaxşı qarmon çalırdı. Atam bu gün hələ də Bornovada sevgi və sayqıyla anılır. Anama və bizlərə qarşı olduqca həssas və diqqətli idi. Rəhmətlik anam və xalalarım ondan böyük heyranlıq və sevgi ilə danışardılar. Xoş söhbət və qonaqpərvər insan idi. Azərbaycandan olan dostları Baba Behbud, Aslan Berkan, Saleh Aksoy və Məmməd Ağpoladla sıx–sıx görüşər, vaxtını onlarla keçirməyi sevərdi”
Cahangir bəy Bərkər: solunda həyat yoldaşı Vasfiyə xanım, sağında böyük qızı Güngör xanım, öndə Günaç xanım və Aynur xanım
Bərkər ailəsi və generalın vəfatı
Cahangir bəy Ərzurumda xidmət etdiyi dövrdə, zamanında Osmanlı məclisi məbusanının Ərzurum vəkili olmuş mərhum Məmməd Arzak bəyin qızı Vasfiyə xanımla tanış olmuş, 1929–cu ildə ailə qurmuşdular. Güngör, Günaç və Aynur adında üç qızları olmuşdur. Güngör xanım Cahangir bəyin dostu, Gəncədən olan polkovnik Məmməd Ağpoladın oğlu Orxan Ağpoladla evlənir. Orxan Ağpolad da hərbiçi olmuş, Koreya savaşında iştirak etmiş və qazi olaraq geri döndükdən sonra, podpolkovnik rütbəsinə qədər yüksəlmişdir. Orxan bəy 1987-ci ildə, Güngör xanım isə 2008 – ci ildə vəfat etmişdir. Qızları Nur Ağpolad əczaçı həkimdir, hazırda Ankarada yaşayır. Aynur xanımın Duyqu Körpəoğlu adlı bir qızı var, Amerikada yaşayır. Digər qızı Günaç Sakman müəllim olub. 2015 – ci ildə vəfat edib. Hərbi tribunalda hakim vəzifəsində çalışan İlhan Sakmanla ailə qurub. Atasının adını verdiyi Cahangir Sakman adlı oğlu, Ebru Gürsan adlı qızı var. Cahangir Sakman Kanadada, Ebru xanım isə İzmirdə yaşayır. Ebru xanımın Ediz adlı oğlu, Ezgi adlı qızı var. Ən kiçik qızı Aynur Evrən biologiya müəllimidir. Yüksək elektrik mühəndisi Mətin Evrənlə ailə qurub. Ebru xanım İzmirdə, oğlu Bərkər Evrən isə İstanbulda yaşayır.
Cahangir bəy Bərkər bir neçə dəfə infarkt keçirmişdi. Ömrünün 38 ilini vətən həsrəti və doğmalarının nisgili ilə keçirən bu cəfakeş insan, 20 iyul 1958-ci ildə ürəktutmasından vəfat etmişdir.
Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilmişdir.
Aynur xanım atasının ölüm anında əlində Turgenevin “Ata və oğulları” kitabı olmasını ürək ağrısı ilə xatırlayır.
Müəllifdən
Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti, Türkün özgürlüyü üçün savaşmış bu fədakar insanı, Cümhuriyyətimizin doğuşunun 100, generalın vəfatının 60 illiyi ərəfəsində, minnət və sayqıyla anır, bu yazını onun əziz ruhuna ithaf edirəm.
Unutmayaq, unutdurmayaq!
Orxan Cəbrayıl

Bu xəbər oxucular tərəfindən 5902 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |