Şrift:
Gürcüstanda azərbaycanlıların siyasi aktivliyi artıb – Deputatdan AÇIQLAMA
26.10.2017 [15:47] - Borçalı
Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Tbilisinin meri Kaxa Kaladze seçilib. Bələdiyyə və mer uğrunda gedən mübarizədə azərbaycanlılar da qalib gəlib.

“Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev açıqlamasında bu dəfəki seçkilərdə azərbaycanlı namizədlərin üstünlüyünü xüsusi vurğulayıb.

“Oktyabrın 1-nə təyin olunan bələdiyyə və mer seçkiləri uğurla başa çatdı. Azərbaycanlılar bu dəfəki seçkilərdə çox aktiv iştirak etdilər. Azərbaycanlı Teymur Abbasov Marneulinin icra hakimi (mer) seçildi. Digər bölgələrdə də azərbaycanlılar arasında bələdiyyə seçkilərində iştirak edib qələbə çalanlar oldu”.

Deputat deyib ki, bələdiyyə seçkilərinə 20 namizəd təqdim olunmuşdu.

“20 namizəddən 13-ü azərbaycanlı idi. Həmin 13 nəfər majoritar qaydada seçkilərdə qalib gəldi. Bu da onu göstərir ki, artıq Gürcüstanda yaşayan azərbaycanlılar yavaş-yavaş adıçəkilən ölkənin ictimai-siyasi işlərinə qatıla bilirlər”
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed