28.10.2017 [11:30] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Uğurlu əməliyyat onu göstərdi ki, Azərbaycan hüquq mühafizə orqanları sayıqdır, kifayət qədər formalaşıb və dövlətin təhlükəsizliyini təmin etmək iqtidarındadır. Bu düşmənlər üçün bir mesajdır”. Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda Prezidentinin hər kəsə bərabər yanaşdığı ortadadır və bir daha sübut olundu ki, siyasi mövqeyindən, dini mənsubiyyətindən asılı olmayaraq hər hansı ölkə vətəndaşına qarşı təhdid, terror və hüquq pozuntusu olarsa qarşısı dərhal alınır və sərt ölçü götürülür: “Kimsə qərəzli yanaşma, müsahibə, açıqlama verirsə bu artıq həmin insanların Azərbaycanın gücünü, hüquq mühafizə orqanlarının çevikliyini, peşəkarlığını gözdən salmaq, başqa ölkələrə bağlılıqlarından və ölkəmizin inkişafında maraqlı olmadıqlarından xəbər verir. Onlar sevinmək, təqdir etmək, çox sağ ol demək əvəzinə qurumlarımızı gözdən salmağa çalışırlar. “Milli Şura” ya icazə verilir ki, buyurun gedin, sözünüzü deyin, aksiya keçirin. Amma məlum olur ki, mitinqlərdə özlərinin fotolarını çəkdirir və sonrada həmin insanlar mühacir adı ilə xarici ölkələrə gedirlər. Yəni, mitinqləri alver obyektinə çeviriblər. Çox kiçik bir toplumun çıxıb hansısa fikir deməsi ciddi qüvvə kimi meydana çıxmaq demək deyil”.
Gülyanə

Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |