30.10.2017 [09:08] - Gündəm, Bildiriş
SƏKKİZİNCİ QUTSAL BİTİQ -
“ÖZÜLLƏR ÖZÜLÜ”
çapdan çıxdı
(Soraq)
İnam Ata (Asif Ata) Qutsal “Onluğu”nun Səkkizinci Qutsal Bitiqi (Kitabı, Cildi) bu günlərdə “Qanun” nəşriyatında, 300 nüsxə, 160 səhifə olmaqla nəşr edilmişdir.
Nəşrin annotasiyasında deyilir:
Yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə “Mütləqə İnam Sivilizasiyası”, ulus’al kimliyinə görə “Türk Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyası yaranmasına səbəb olacağı düşünülən dünyabaxışın fəlsəfəsi və ruhaniyyatı təqdim olunur.
“Özüllər Özülü” – İnamın üç Müqəddəs Kitabını özündə birləşdirir: “Əxlaq”, “Ruhaniyyat”, “Mahiyyət”.
Mütləqə İnam Ocağının Ruhsal Başçısı Safruhun “Ataya dalmaq - İnamla dolmaq” adlı önsözü ilə açılan Bitiq İnam Ata Öyrətisi üzrə Mövcudluğun (Varlığın) özüllərini açıqlayır və vurğulayır: Əxlaq, Ruhaniyyat, Mahiyyət deyə. Bitiqdə bu ictimai şüur formaları araşdırılmır, bunların fəlsəfə-etika-estetika ilsırasında (tarixində) keçdikləri yol, çatdıqları səviyyə izlənilmir. Ata onlara Öz baxıışlarını irəli sürür. Bununla belə, Bitiqdə ən ümumi xəlqi anlamda oturuşmuş əxlaq, ruhaniyyat, mahiyyət anlayışlarının insan mövcudluğunda (varlığında), yaşam təzahürlərində oynadıqları və oynamalı olduqları rol Mütləqə İnam dünyabaxışı əsasında göstərilir, ona çağırılır - israrla.
Hər Əsərdən bir alıntı:
“Əxlaq - Həqiqət Tələbidir.
Yalnız Mütləq olan Həqiqətdir.
Yalnız Mütləq İnam - Həqiqi İnamdır.
Yalnız Mütləq Mənəviyyat - Həqiqi Mənəviyyatdır.
Yalnız Mütləq Ədalət - Həqiqi Ədalətdir.”
Səh. 37. “Əxlaq”dan).
“Ruhaniyyat İnsanda Mənalı Hisslər yaradır - Hissləri Mənalandırır.
Hisslər Ruhaniyyatda məna keyfiyyəti kəsb edir və İnsan başqa canlılardan köklü surətdə fərqlənir.”
(Səh. 83. “Ruhaniyyat”dan).
“Dünya Dünyanın Mahiyyətindən yaranıb...
Dünyanın Ahəngi, Gedişatı, Nizamı məhv oal bilər, ancaq Dünyanın Mahiyyəti məhv ola bilməz”.
(Səh. 145. “Mahiyyət”dən).
Mütləqə İnam Ocağının nəşr etdirdiyi Ata İrsi Azərbaycan İctimai fikir tarixinin yeni, bənzərsiz, təkraredilməz səhifəsidir, Azərbaycan xalqının Türk Dünyasına möhtəşəm ərmağanı, ölkəmizi həmin bu Dünyanın ruhsal mərkəzinə çevirən idrak hadisəsidir.
Bu İrs vasitəsiylə biz Dünyanın fəlsəfə lüğətlərində “Türk Fəlsəfəsi” səhifəsi də aça bilərik.
Bugünün sabahı olmalıdır...
“İnamın Gəlişi” qəzeti.
Solğun (VIII ay) 39-il.
(Oktyabr 2017).

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |