Şrift:
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb
30.10.2017 [10:12] - Hadisə
Türkiyədə polis tərəfindən həftəsonu 8 şəhərdə keçirilən anti-terror əməliyyatında İŞİD-lə əlaqəsi olması şübhəli bilinən saxlanılanların sayı 143 çatıb.
Şənbə günü paytaxtda daha 49 əcnəbi saxlanılıb.
Məlumata görə, onlardan bəziləri 29 oktyabr - Türkiyənin Cumhuriyyət Günü şənliklərində terror aktı hazırlamaqda şübhəli bilinir.
***16:33
Türkiyənin Bursa şəhərində aparılan əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 2 Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbələrə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, bazar günü Bursa və Ərzrumda sözügedən terror təşkilatı ilə əlaqəli bilinən ümumilikdə 61 nəfər saxlanılıb.
Ərzrumun mərkəzi hissəsində aparılan əməliyyat zamanı hüquq-mühafizə orqanları 22 şübhəli şəxsi saxlayıb. Reyd zamanı onların üzərindən silah-sursat, sənədlər və informasiya daşıyıcıları götürülüb.
Bursada polisin əməliyyatı nəticəsində İŞİD-lə əlaqələri olduğu ehtimal edilən 39 nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan vətəndaşı, 28-i isə suriyalıdır. Suriyalılar arasında 8 nəfər yeniyetmə var.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed