Şrift:
Fərəc Quliyevin Avronest PA-da Rusiya və Ermənistan əleyhinə sərt çıxışı – Tam mətn Azərbaycan dilində
30.10.2017 [17:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fərəc Quliyev qurumun bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən sosial komitəsinin iclasında Rusiya və Ermənistan əleyhinə sərt çıxış edib.
Fərəc Quliyevin Avronest PA-dakı həmin çıxışının tam mətninin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

“Məruzəni hazırlayanlara təşəkkür edirəm. Sənəddə göstərilir ki, “Gender bərabərliyi haqqında Riqa bəyannaməsi “əməkdaşlığın yeni perspektivli sahəsi” kimi qeyd edilir.”
Amma bu perspektivləri həyata keçirmək üçün bütün Şərq tərəfdaşlığı ölkələrində şərait eynidirmi?! Xeyir. Xüsusilə, əraziləri Rusiya tərəfindən işğal olunmuş Ukrayna və Gürcüstanda və Ermənistan tərəfindən əraziləri işğal olunmuş Azərbaycanda durum fərqlidir.
Məruzədə göstərilir ki, “Münaqişənin başlamasından bu yana Ukraynada 1,5 milyondan çox insan (onların üçdə ikisi – qadın və uşaqlardır) daxili yerdəyişməyə məruz qalıblar və səhiyyə, yaşayış və məşğulluq xidmətilərinə çıxışda çətinlikləri mövcuddur”
Tamamilə dogrudur . Və bu vəziyyət Azərbaycan, Gürcüstan və Moldovaya da aiddir.
Azərbaycan qadınlarının Seçki hüququnu nəzərdən keçirdikdə görürük ki, işğal altındakı ərazilərdən zorla qovulmuş yuzminlərlə seçici ölkənin hər yerinə yayilaraq kompakt yaşamır. Seçilmək istəyən qadın elektoratı ilə təmas qura bilmədiyi üçün seçilmək və umumiyyətlə seçkiyə həm də seçmək üçün qatıla bilmir. Seckidən sonra da ölkə boyu yayılmış seçicilərə işləmək mümkün olmur .Ukraynalı kolleqalarım mənim fikirimi təsdiq edər.
Məruzənin bir bölümündə göstərilir:
“Qərbi avropalı tərəfdaşların əmək bazarında qadınların şaquli və üfuqi seqreqasiyası mədəni və sosial nörmalarda möhkəmləndirildiyindən; qadınlara ödənilməyən ev əməyi şəklində “axşam növbəsi” kimi əlavə yük qismət olduğundan;”
Azərbaycan qadını üçün daha ciddi narahatlıqlar var. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın içğalçı ordusu tərəfindən girov götürülmüş yüzlərlə qadın bu gün Zod qızıl mədənlərində qul kimi işlədilir.

Yenə də məruzədə göstərilir ki, “Bütün Qərbi avropalı tərəfdaşlar qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə strategiyalar, proqramlar və fəaliyyət planları hazırladıqlarından;”
Amma Gürcüstanın, Ukraynanın, Moldovanın, Azərbaycanın işğal olunmuş ərazilərindən olan qadınların taleyi ilə bağlı strategiya, proqram varmı? Qadınların faydalı iş əmsalını artırmaq üçün və problemin köklü həlli üçün Rusiya və ermənistan işğal etdikləri ölkələrdən çıxmalıdır- strategiya bu olmalı və bu nəticə üçün Avropa təsisatları, o cümlədən Avronest proqramlar hazırlamalıdır.
Diqqətiniz üçün təşəkkür edirəm.”
Bu xəbər oxucular tərəfindən 1343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed