18.10.2011 [13:32] - Güney Azərbaycan xəbərləri
Saxta erməni soyqırımı rəsmi şəkildə quraşdırılır
və ya ...” İngilis barmağı”
və ya ...” İngilis barmağı”
Artıq 1914- cü ilin ərəfəsi idi. I Dünya Savaşı dönməz maqistrala çıxmışdı. Dünya Savaşının qaçılmaz olduğunu Paris və London görürdü. Onlar bu müharibəyə girərkən iştahla əldə edəcəkləri qəniməti hesablayırdılar.
Dünyanın ingilis və fransız imperialistləri tərəfindən bölünməsi isə Almaniyanı razı salmırdı. Almaniyaya Amerika və Kanadadan pay düşməmişdi. Dünya yenidən bölünməli idi. Artıq Almaniya açıq-aşkar təcavüzkar bəyanatlar verirdi. Holland, Portuqal, İspan, İngilis, Fransız imperiyaları çoxdan dağılmışdı. Rusiya və Osmanlı isə demək olar ki, dağılmamışdı. Rusiyanı və Osmanlını dağıtmaq, onların torpaqlarını ələ keçirmək imperialist dairələrin ümdə arzusu idi. Osmanlıya qarşı erməni kartını siyasi dövriyəyə buraxmağın vaxtı gəlmişdi. Rəsmi London Osmanlı coğrafiyasında misyonerlərin vasitəsilə xeyli təxribat işləri görsə də, onlar öz arzularına tezliklə çatmayacaqdı. İngilislər Osmanlının xristian əhalisini müxtəlif bəhan-ələrlə, o cümlədən milli-azadlıq görüntüsü yaradan şüarlarıyla türkün əlyhinə qaldırsada, Osmanlını çökdürə biləcək sarsıdıcı bir hadisə əmələ gəlmirdi. İngilis hökuməti dörd mühüm amili nəzərə almayaraq , səhvə yol vermişdilər;
1-cisi, Osmanlı türklərinin xöşgörülü zəngin mənəviyyatını;
2-cisi, Milli mental dəyərlərlə İslami kanonların dərin çulğaşmasını ; (Avropada müsəlman deyərkən yalnız türk nəzərdə tutulurdu.)
3-cüsü, Osmanlı Ordusunun Andına, Namusuna, Bayrağına, Vətəninə və padşahına Sədaqətini; (türk dilindən başqa görən hansı dildə Namus anlayışını Avropalıya və ya Amerikalıya başa salmaq olar? Namus hissinin dərki Avropalıların başındadır, Türkünsə ruhundadır. )
4-cüsü, Osmanlı cöğrafiyasının genişliyini;
Bu səbəbdən misyonerlərin açıq-gizli fəaliyyəti üçün buraxılan milyonlarla funt-sterlinq bir çox anlamda demək olar ki, göyə sovrulurdu.
Beləliklə , il 1914, I Dünya Savaşı başlandı. İngilislər dərhal Almaniya əleyhinə nifrət kampaniyası başladı. Osmanlı Türkiyəsi Almaniyanın yanında- onunla ittifaqda Dünya Savaşına qoşulmuşdu deyə, Almaniya əleyhinə başlanan nifrət kompaniyasını, ingilislər həm də Osmanlı Türkiyəsinə qarşı yönəltməyi qərara aldılar.
İrlandiyalı tarixçi-professor Pat Ualş 2009-cu ildə Belfast da “ Forqotten Aspekt of İreland s Great War on Turkey: 1914 - 1924 ” ( “ Unudulan Yönləriylə İrlandiyanın Türkiyəyə Qarşı Böyük Savaşı: 1914 - 1924 ”) adlı kitab yazmış və bu kitabı Londonda Atatürkün həyat və fəaliyətinə, irsinə həsr olunmuş bir konfransda Belfastda ATHOL nəşriyyatının konfransa qatılan rəhbərləri burada iştirak edən Türk aydınlarına 26 yanvar 2010 - cu ildə təqdim etmişlər. Adana, Çukurova Universiteti Tibb Fakültəsinin Məhkəmə-Tibb Ekspertizası bölümünün müəllimi Prof. Dr. Mete Korkut Gülmen öz saytında ( mete.gulmen@qmail.com ) kitabın özətini vermişdir. Korkut hocanın saytından aldığım ifşa xarakterli bir sira məlumatları oxucularla bölüşməyim çox vacibdir.
İrlandiylı Professor Pat Ualş Türkiyə və Türk xalqı əleyhinə I Dünya Savaşı ərafəsində ingilislərin son dərəcə məxfi sənədlərini ilk dəfə üzə çıxartmış və elmi araşdırma və təhlilə cəlb etmişdir. Bu sənədlər tarix açısından, Türkiyə üçün dostu-düşməni tanımaq baxımından çox qiymətlidir, ancaq bu sənədlərin daha böyük qiyməti ondadır ki, professor Pat Ualş ingilislərin erməni soyqırımını caxta sənədlərlə necə hazırladıqları, dünyanı olmayan erməni soyqırımı hadisəsi ilə necə aldatdıqlarını bu araşdırmasında üzə çıxartmışdır. Müəllifin adını çəkdiyimiz kitabının içində gedən məqalələrin sadəcə adlarını izləsəniz çox şey öyrənəcəksiniz;
Syf.25.Türklərə qarşı istifadə edilən ilk faşist intellektualı- W.E.D.Allen,
Syf. 190. Gizli təşkilatın əməkdaşı Mark Sykes-in The Times qəzetindəki məqaləsi,
Syf. 192. Wellinqton House da cəsuslaşdırılan yazıçılar komitəsi,
Syf.195. Erməni soyqırımı fabrikasyonu (saxta sənədlərlə quraşdırmaq Ə.K.) necə hazırlandı,
Syf. 197. Mavi Kitabın arxasındakı gerçək,
Syf.198.Malta Sürgünləri davası Londonda necə yönəldildi,
Syf. 206. Türklərin əlyhinə təbliğat fəaliyyəti,
Syf. 207. Anti Türk Kampaniyasının formaları.
Adı gedən kitab Türk, Azərbaycan,Türkmən… və s. türksoy millətlər üçün çox önəm daşımaqdadır. Müəllif hər şeydən öncə Erməni soyqırımının Londonda İngilis Hökuməti tərəfindən gizli bir cəsus təşkilatının əlilə necə geniş miqyaslı hazırlandığını və Mavi Kitabın bu gizli təşkilatdan necə çıxdığını açıqlayır. Müəllif icmalda belə bir müqayisələr edir;
1. Osmanlı Dövləti ilə İngiltərə Dövləti arasındakı dövlət mexanizmini qarşılaşdırır. Osmanlı Dövlətindəki xoşgörünün, sülh sevərliyin İngiltərə Dövlətində olmamasının fəlsəfi təməllərini təhlil edir.
2. İngiltərədə bir zamanlar mövcud olan ciddi Türk imicinin I Dünya Savaşı gedən müddətdə dəyişdidirilməsi üçün məxfi təşkilatlar tərəfindən görülən işlər nəticəsində bu imicin necə təsirsizləşməyini izah edir. Müharibədən sonra dağılacaq Osmanlı torpaqlarını Qərbin hegemon dairələri arasında təsirsiz Türk imicindən istifadə edərək necə böləcəkləri və İngiltərə ilə ittifaqda ABŞ-ı savaşa cəlb etmək üçün təsirsiz imicdən İngiltərənin necə istifadə etməsi açıqlanır.
3.İrlandiyada milli-azadlıq mücadiləsi zamanı Türkiyə və Atatürkü nümunə olaraq necə mübarizə modeli kimi aldıqlarını izah edir.
Müəllif Savaş tarixinə bir başqa yöndən baxaraq, maraqlı mülahizələr irəli sürür. O qeyd edir ki, 1-ci unudulan gerçək budur; 1919 və 1922- illər arasındakı qəzetləri incələdikdən sonra danılmaz bir nəticəyə gəldim ki, I Dünya Savaşı 1918- ci ilin noyabrında kimlər üçün bitmişsədə, İrlandiya və Türkiyə üçün bu savaş 1924-cü ildə başa çatmışdır. 2-ci unudulan gerçək isə budur; Modern Türk Millətinin qurucusu və imperializmə qarşı Türk dirənişinin qəhrəmanı olan Mustafa Kamal Atatürk Katolik Bülleten qəzetində yüksək qiymətləndirilir, Atatürk və Türkiyə Cümhuriyyətinə dəstək verilir, İngilislər məhz bu zaman İrlandiya və Türkiyə Cümhuriyyətinin qurulmasını əngəlləmək üçün hər iki ölkəyə eyni təsiri göstərir.
İngiltərə və onunla müttəfiq dövlətlər Osmanlı torpaqlarını Türk imicini dəyişdirməklə parçalaya bilərdi. Türkə nifrət imici dəyişməsəydi, ingilislər öz içindən ciddi müxalifətlə qarşı-qarşıya gələcəkdi. Bu işin ilk adamı isə W.E.D. Allen (1901 - 1973) seçildi. Allen zadəgan uşaqlar üçün ayrılmış Eton məktəbinin məzunuydu. Keçmiş misyonerlərin fəaliyyəti nəticəsində anti Türk şüurla və qanla zəhərlənmiş Allen gənc olmasına baxmayaraq, artıq 1919- ildə “ Avropada Türklər ”adlı kitab yazmışdı. Türkləri gözdən salmaq üçün baxın nə yazırdı. “ ...Orta Asiyanın steplərindən gələn köçmən çobanlardan ibarət olan qərib bir qəbilənin Avropanın inkişaf etmiş millətləri üzərində hegemonluq etməsi necə mümkün ola bilər? ”
Allen 1920-ci ildə Türklər ilə Yunanlıların Savaşına hərbi müxbir kimi getmişdi. Həmən o Allen 1934-cü ildə Ceyms Drennan taxma adıyla “ Osvald Mosley və Britaniya faşizmi ” adlı bir kitab yazmışdı. Uzun müddət rəsmi cəsusluq fəaliyyətini M-15 gizli cəsus təşkilatında davam etmiş, 1943- cü ildən 1948 -ci ilədək Ankarada İngiltərə Səfirliyinin İnformasiya Bürosunun rəisi vəzifəsində işləmişdir. Bu müddət ərzində o, Anadolu və Qafqazda yerli mühütü öyrənmiş, burada yerli ermənilərlə saysız-hesabsız görüşlərdə olmuş , onsuzda Türk qanı tökməkdə pərgar olan ermənilərə azmış kimi faşıst ruhu aşılamış, onlara daşnaklardan daha faydalı olmuş, özü faşıstkən Türk əleyhinə iki raport qələmə almışdır.
Əli Kərimbəyli
/AMEA/
/AMEA/
Bu xəbər oxucular tərəfindən 1364 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |