Şrift:
Səfir Kamil Xasiyev Xorvatiyanın ali ordeni ilə təltif edilib
01.11.2017 [09:34] - Gündəm, Bildiriş
Xorvatiya Prezidenti Kolinda Qarabar Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of Duke Branimir with Ribbon) ilə təltif edib.

Səfirlikdən verilən məlumata görə, ordenin təqdimetmə mərasimində çıxış edən K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirərək Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb və İlham Əliyevi yaxın zaman ərzində Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti K.Q.Kitaroviçin qarşılıqlı fəaliyyətinin, eləcə də Azərbaycan və Xorvatiya xarici işlər nazirliklərinin və hər iki ölkənin səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan ilə Xorvatiya arasında Strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini ifadə edib.

Məlumat üçün bildirək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ilin 1 aprel tarixində təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed