Şrift:
Ukraynada azərbaycanlı biznesmen öldürülüb
02.11.2017 [10:21] - Gündəm, Diaspor
Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.
Onun meyiti vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığından tapılıb.
S.Quliyevin meyiti kəndin girişində avtomobilində yerli sakinlər tərəfindən aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.
Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.
Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahibmiş.
Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukrayna nəzarətindəndir və döyüş bölgəsindən kənardır.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed