02.11.2017 [10:27] - Hadisə
Güclü külək Qubanın Xınalıq kəndində bir sıra fəsadlar törədib.
Beş gündür əsən külək noyabrın 1-də səhər daha da güclənib. Nəticədə Xınalıq kənd internat tam orta məktəbinin, eləcə də bir neçə ev və yarımtikilinin dam örtüyünə ziyan dəyib. Bəzi yerlərdə elektrik və rabitə xətləri qırılıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.
Quba rayon icra hakimiyyəti başçısının Xınalıq inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovun verdiyi məlumata görə, fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. “Azərişıq” QSC-nin qəza briqadası qırılan elektrik xətlərini bərpa etdikdən sonra kəndə enerjinin verilməsinə başlanılıb.
İcra nümayəndəsi günün ikinci yarısından başlayaraq kənddə küləyin sürətinin azaldığını bildirib.

Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |