Şrift:
Eritreyada etiraz aksiyaları zamanı 28 nəfər ölüb
02.11.2017 [10:46] - Hadisə
Eritreyada müxalifətin etirazları zamanı 28 nəfər ölüb.
Bu barədə müxalif Qırmızı Dəniz Afar Demokratik təşkilatı özünün "Facebook" səhifəsində yazıb.
Etirazlar zamanı daha 100 insanın yaralandığı bildirilir. Aksiyaçılar beynəlxalq ictimaiyyətə və hüquq müdafiəsi təşkilatlarına çağırış edərək, hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsini istəyiblər.
Qeyd edək ki, paytaxtda ötən gün baş verən etirazlara səbəb hökumətin məktəblərdə baş örtüyə qadağa qoyması və dini təhsilin saxladılması göstərilir.
Bundan sonra etiraz aksiyalarlna yüzlərlə tələbə qoşulub.
Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed