Şrift:
Sədr Fərəc Quliyevi dayandıra bilmədi
02.11.2017 [12:00] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ermənilər tutarlı cavab aldı

Kiyevdə keçirilən Avronest Parlament Assambleyasının plenar sessiyasının son iclasında Fərəc Quliyev Kiber hücumlar haqda müzakirələr zamanı ermənilərin böhtanlarına cavab verdi.

Çıxışın mətni:

“Hörmətli kolleqalar,Siz hamınız postsovet məkanındakı konfiliktlər haqqında məlumatlısınız və detalları bilirsiniz. Bilirsiniz ki, Ermənistan Azərbaycan ərazilərini işğal edibdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Rusiyanın birbaşa dəstəyi ilə baş tutmuşdur. Xatırladım ki, Ermənistan Rusiya ilə bir hərbi blokda təmsil olunur. Postsovet məkanında bütün münaqişələri yaradan və həll olmasına mane olan da Rusiyadır.

Ermənistan işğalın və bununla bağlı bütün işlərin Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar tərəfindən edilməsi görüntüsü yaratmaq istəyir. Axı hər kəs bilir ki, buradakı işğalçı ordu da, Qarabağda qurulmuş rejim də Rusiyanın dəstəklədiyi Ermənistanındır. Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Qarabağdan 100 km-lərlə uzaqlıqda yerləşən Naxçıvanın Kərki kəndini və ya Qazax bölgəsinin kəndlərini necə işğal edə bilər və bu onun nəyinə lazimdır?

Başqa bir məsələ isə ermənilərin burada səsləndirdiyi keçən il aprel ayında cəbhədəki gərginliklə bağlıdır.

(Burada iclasın sədri F.Quliyevin mikrofonun söndürür . Ermənilərin narahat olduğu , etiraz etdiyini və çıxışı ilə vəziyyəti gərginləşdirdiyi üçün mikrofonu söndürdüyünü və söz verməyəcəyini bildirir. F.Quliyevin ciddi təkidlərindən sonra –yalnız müzakirə olunan kiber hücumlar haqda danışmağa imkan verəcəyi, əks təqdirdə yenə mikrofonu söndürəcəyini bildirərək mikrofonu açır)


F.Quliyev çıxışını davam etdirir:

Başqa bir məsələ isə ermənilərin burada səsləndirdiyi keçən il aprel ayında cəbhədəki gərginliklə bağlıdır.

Ermənistan tərəfinin təxribatçı hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində 2016-cı il aprel ayında gərginliyin daha da artması ilə əlaqədar , Ermənistan tərəfindən yalan informasiyalar yayılmışdır. İndi də burada bu yalan informasiyalar təkrarlanır. Unudulmasın ki, Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və cavab tədbirlərin də öz əraziləri içərisində tətbiq edib.

Üstəlik Beynəlxalq konvensiyalara görə Azərbaycan işğal altında olan ərazilərini hərbi yolla azad edə bilər.

Belə vəziyyətdə nə etmək lazımdır?

İlk növbədə Avronestin bütün sənədlərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi göstərilməlidir. Bütün sənədlərdə işğalçı Rusiyanın Gürcüstan və Ukrayna ərazisindən, işğalçı Ermənistanın Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunmalıdır.

Avropa təsisatları, o cümlədən Avronest Rusiya və onun Ermənistan kimi maşalarına dur deməyi bacarmalıdır.

Sağ olun.”

Sədr Fərəc Quliyevi dayandıra bilmədi
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed