Şrift:
Güneyli məhbuslar Əkbər Mühaciri və Həsən Mirzaxani girov müqavilində azadlığa buraxılıb
04.06.2012 [13:09] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanlı milli-mədəni fəallar Əkbər Mühaciri və Həsən Mirzaxani Təbriz zindanından müvəqqəti azadlığa buraxılıblar.Onlar, iyunun 2-də Təbriz zindanının karantinindən istintaq iadarəsinə intiqal edilib, sonra istintaq idarəsinin müavini (Həsən Haşimzadə) tərəfindən müttəhimlərin son müdafiələri dinlənilib.Nəhayət ki, azərbaycanlı fəalların azad edilməsi üçün mülki vəsiqə təyin edilib və vəsiqə təmin edildikdən sonra azadlığa buraxılıblar.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar mayın 21-i (xordadın 1-i) Milli Qiyamın 6-cı ildönümü münasibəti ilə keçirilən kütləvi etirazlar zamanı tutuqlanmışdılar.
Bu xəbər oxucular tərəfindən 1387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed