03.11.2017 [10:30] - Xəbərlər, DAVAMın yazıları
Hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin general Cəfər Məmmədzadə haqqında olan yazısını təqdim edirik:
İllərlə azadlığa çıxmaq üçün dönmədən mübarizə aparan o taylı qardaşlarımız 1945-ci il dekabrın on ikisində Azərbaycan Milli hökuməti yaratdılar. Xalqı, ölkəni müdafiə edən zabitlər məktəbi açıldı. Fədai dəstələri yenicə yaradılan Xalq Qoşunları ilə birləşdi. Azərbaycan Milli Hökumətinin Xalq Qoşunları nazirliyi yarandı. Xalq Qoşunlarına böyük fədakarlıq və bacarıqla başçılıq edən igid zabitlərin bir neçəsi - Əbülqasım Əzimi, Möhsün Milani, Azər Əbdülrza, Nəvai Abdini, Mahmud Pənahi, Qulam Yəhya, Mirzə Rəbi Kəbiri və Cəfər Məmmədzadə general kimi yüksək rütbəyə layiq görüldülər.
Bu yazımızda hələlik onlardan yalnız biri - general Cəfər Kavian haqqında danışacağıq.
...Ata qulluqdan çox gec qayıtdı. Çaydan bir-iki qurtum alıb yorğun halda yerinə girdi. Son vaxtlar ingilis və Amerika casusları ilə aparılan mübarizə gücləndirilsə də ayrı-ayrı fədailərə edilən sui-qəsdlər yenə də azalmırdı. Ona görə də nə geçəsi vardı, nə də gündüzü. Azadlığa çıxmış Cənubi Azərbaycan xalqını Amerikanın muzdlu nökərləri yenidən şah üsuli-idarəsinə qaytarmaq, qanı bahasına qazanılan azadlığı boğmaq iddiasında idilər. Qapının sağ yanındakı taxt cırıldadı. Generalın böyük oğlu Gavə də yata bilmirdi. Son günlər milli hökumətin üstünü alan təhlükə onun rahatlığını pozub, yuxusunu ərşə çəkmişdi. Oğul da azadlıq ordusunun fədailərindən idi.
Ata qayğı ilə soruşdu:
- Hələ yatmamısan?
- Yuxum gəlmir, ata, elə bil ərşə çəkilib.
- Niyə, sənə nə olub? İdarənizdə vəziyyət necədir?
- Necə olacaq, ata, bütün şəhəri ağzına alan şayiələr bizdə də danışılır. Deyirlər, tiryəki acanlar Sultan Əli Şəqaqi, Seyfulla Bağmeşəli, Mirşərif baqqal Hacıələkbər “şah azadlığı” sevdasına düşüblər. Bizim Demokrat partiyamızı devirməyə hazırlaşırlar. Xaricdən silah, əsgər alıblar ki, fədailəri qılıncdan keçirsinlər.
Ata yorğun səslə, bikef halda:
- Eşit, - dedi, - inanma, belə xəbərləri bizə də çatdırıblar, suyu bulandıran Amerikadır.
Onların arxası Amerikadırsa, bizim də dostumuz sovetlərdir.
- Azadlıq pərisi iki dəfə xalqımızın başına qonub, ata. Onu əyiblər, amma sındıra bilməyiblər. Mütləqiyyətin zülmü, zorakalığı azadlığımızı boğub. Deyəsən bu dəfə də...
Ata hirslə yorğanı üstündən atıb, yerində oturdu:
- Nə demək istəyirsən, bu dəfə nə olacaq? Gavə ehtiyatla:
- Mən... mən demirəm... bütün şəhər danışır ki, Sovet ordusunun İrandan çıxarılması haqqında o tayda - şuralarda fərman imzalanıb, Sovet ordusu burdan çıxıb getsə, bizim milli hökumət Səttarxan və Xiyabani hərəkatı kimi...
Gavənin dili gəlmədi desin ki, məhv olacaq.
Bu bəd xəbər ataya məlum idi. Ona görə də son günlər əsəbi adi. Oğlunu ruhdan salmamaq üçün dərindən nəfəs alıb kədərlə:
- Bu çox böyük namərdlik olar, - dedi.
Gecədən xeyli keçənə kimi general yata bilmədi. Qaranlıq otaqda fikri fikrə caladı...
...Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu keçmişdi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Səhlan kəndindən idi. Yoxsul kəndli olan Məhəmmədəli kişini ağır həyat dözümlü və iradəli etmişdi. Kəndli həyatının sərt güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu. Əsrin əvvəllərində Səttarxan hərəkatı başlananda savalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu. Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən şüurlu bir fədaiyə çevirdi, o, oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə savalanlı Məhəmmədəli kişi də vardı. Həmin tarixi şəklin əsli indi də nəvəsi Marksda saxlanılır.
Səttarxanın azadlıq hərəkatı mürtəce İran hakimləri tərəfindən yatırıldıqda, savalanlı Məhəmmədəli də həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi.
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin “Səttarxan” romanında öz əksini tapmışdır. General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi işdə fəal çalışan fədailərdən idi. O, Azərbaycanın şanlı oğlu Heydər Əmioğlunun mübarizə yoldaşı olmuşdur.
...General 1974-cü ildə öz dəst-xətti ilə yazdığı tərcümeyi halında qeyd edir ki, inqilabi fəaliyyətə 1908-ci ildən, on üç yaşında gənc bir fədai kimi Səttarxan hərəkatından başlamışam. O vaxta qədər Təbrizdə dini təhsil almışam.
İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur.
İftixarla demək olar ki, general Cəfər Məmmədzadə çox zəngin və keşməkeşli inqilabi həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti Əkrəm Səlimzadənin və Rzabala Nurəliyevin məşhur çekist İslam Əliyev haqqında yazdıqları “Son döyüş” kitabçasında təsvir olunub:
“İslam Təbrizdə Məşədi ilə görüşdü. Söhbət zamanı Məşədi dedi:
- Partiyamızın növbəti ikinci qurultayına hazırlıq görülür, Mərkəzi Komitə belə məsləhət görür ki, size Təbrizə çağıraq. İndi burada daha ciddi işlər gedir. Siz bu işlərdə bizə daha yaxşı kömək edə bilərsiniz.
- Nə işdə? - deyə İslam soyuqqanlılıqla soruşdu.
- Silahlı dəstələrimiz var. Onlara rəhbərliyi sənə tapşıracağıq.
İslam etiraz etmədi.
O, Mərənddən Təbrizə köçdü.
...1922-ci ilin fevral ayının ilk günlərində Təbriz çox narahat idi. Küçələrdə tez-tez nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq ajanları döyür, hökumət idarələrini tanımaq istəmirdi. Həmin ayın doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən bir - iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi”.
Xalqımızın azadlığı uğrunda özünü oda-közə vuran Məşədi Cəfər 1922-ci ildə məşhur şair Əbülqasım Lahuti hərəkatında yaxından iştirak edərək fədai başçısı olur. Bir az sonra şahlıq rejiminin ağırlığı nəticəsində bu hərəkat da yatırılır. Məşədi Cəfər ikinci dəfə doğma Bakıya pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil olur.
1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi Cəfər Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə göndərilir. Üç il sonar üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə, Mazandaranda və Tehranda gizli inqilabi iş aparır.
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının surəti oğlu Marksda qalır. Onun mətni belədir: “Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir.”
Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları mərd Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir. Qəddar Rza şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, Sovet ordusu İrana gəldikdən sonra, 1941-ci ildə sürgündən azad olunur.
1945-ci il dekabrın on ikisində Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin etdi. O taylı qardaşlarımız çoxdan arzuladıqları günə çatdılar. Onlar İran çərçivəsində milli muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı.
Azərbaycanlıların həyatında tamam yeni bir yüksəliş dövrü başlandı. Həmin gün tarixə “21 Azər hərəkatı” kimi daxil oldu. Fədailər Azərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından təmizlədilər.
Fövqəladə bacarığa və hərbi məharətə malik olan Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olunub, müdafiə naziri təyin edildi.
Həmin ili “Nəcate-İran” qəzeti yazırdı:
“General Kavan hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il qabaqdan ta indiyə kimi iştirak edibdir.
O, Rza şah dövründə illərlə həbsdə olmuş və həyatının çox dövrünü zindanda keçirmişdir. “21 Azər hərəkatı”nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi.
O, öz silahdaşları - azadxah Seyid Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce irticanı çıxılmaz vəziyyətdə qoymuşdur”.
Azərbaycan Demokrat Partiyası və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir. S.C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı ilin sentyabr tarixli əmrində deyilir ki, ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif olunursunuz.
General Cəfər həm də hökumətin yeni təsis etdiyi “21 Azər” medalı ilə təltif olunmuşdur. Generalın şəxsi işləri arasında diqqətimizi bir sənəd xüsusilə cəlb etdi. O tayın burulğanından keçib gələn bu qiymətli sənədi general-mayor Cəfər Kavian öz dəst-xətti ilə yazıb.
“Azərbaycan Xalq Qoşunları vəzirinin bir nömrəli fərmanı. Azərbaycanın milli mənafeyini və müqəddəratını müdafiə etmək üçün Azərbaycanda rəsmi xalq qoşunu təşkil olunur.
Azərbaycan xalq qoşunu vaqeyi bir milli qoşundur. Hər bir azərbaycanlı sinif və məzhəbindən asılı olmayaraq bu qoşunda xidmət etməyə borcludur. Bu qoşunda xidmət edən hər bir namuslu şəxsin müqəddəs vəzifəsi Vətəni yadlardan qorumaqdan ibarət olmalıdır..."
Azərbaycan Xalq Qoşunları vəziri
Cəfər Kavian
1946-cı il noyabrın axırlarında Amerika imperializminin köməyi ilə İran hökuməti iyun müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün onun üzərinə hücum etdi. Qoşun yeridib fədailərin azadlığını vəhşicəsinə boğdu. Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və başqa şəhərlərdə “fatehlər” qanlı cinayətlər törətdilər. Azadxahları işgəncə ilə öldürən vəhşilər onların uşaqlarını belə dara çəkdilər.
Dekabrda mürtəce idarə üsulu bərpa olundu. İranın baş naziri Qəvamülsəltənə ilə Stalin, Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli sürdülər. Bu böyük azadlıq hərəkatını qanla suvardılar. Canilər, müstəmləkəçilər böhtan atırdılar ki, Azərbaycan İrandan ayrılmaq və onun torpağına sahib olmaq istəyir. Əslində isə Cənubi Azərbaycanda az müddətdə böyük mübarizə ilə qazanılmış azadlığı fədailər bütün İranda həyata keçirmək istəyirdilər.
İstibdad kabusu o taylı Azərbaycan xalqına qanlı divanlar tutdu. Azadxahların başında duranlardan biri, igid general Əbdülqasım Əzimi güllələndi. O, son nəfəsində qürurla demişdi: - Xatircəm olun, hər bir azadxah azərbaycanlı sabah bir general Əzimi olacaqdır. Xalqın intiqamını gözləyin! Tökdüyünüz qanlara, etdiyiniz vəhşiliklərə görə gələcək nəsil sizdən intiqam alacaq!
Sərdari milli Səttarxanın və salari milli Bağırxanın heykəlləri uçuruldu. General Mirzərəhbini Kəbiri, Əzimi, mayor Raşitin Məmmədəli oğlu, polkovnik Mürtəzəvi, Qazi, Cövdətü Dəbirniya, Zəhiri, Ehsani, Şeyxi kimi mərd oğullar ölümü vüqarla qəbul etdilər.
Vəziyyətin ağırlığından bir çox fədailər kimi general Cəfər Kavian da Sovet Azərbaycanına pənah gətirdi. Ömrünün axırınadək - 1975-ci ilədək o taylı Vətənin həsrətilə yaşadı.
Generalın üç oğlu və üç qızı Bakıda yaşayır. Marks Cəfər oğlu atasının o tay Azərbaycanımızdan çox çətinliklə gətirdiyi tarixi əhəmiyyətə malik sənəd və şəkilləri ən əziz, ən müqəddəs yadigar kimi hifz edib saxlayır. Bunların arasında xalqımızın mətin oğlu Seyid Cəfər Pişəvərinin, general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, Səttarxanla babası Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli var.
General Cəfər Kavianın ölumündən bir ay sonra Hizbi-Tudeyi İranın - Azərbaycan Demokrat Partiyasının orqanı “Azərbaycan” qəzeti 1975-ci il, iyirmi səkkiz fevral tarixli nömrəsində şəkli ilə birgə onun haqqında nekroloq vermişdir. Azərbaycan oğlunun azadlıq yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz əksini tapıb:
“Cəfər Kavian gənc yaşlarından ölkənin əsarətdə olmasını və xalqın məşəqqətli həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi mübarizəyə qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin müəssisələrindən biri idi. Xalq nehzətinə xidmətin və azadlıq yolunda fəaliyyətini nəzərə alaraq Azərbaycan milli məclisi, milli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq qoşunları vəziri təyin etmişdir. “21 Azər” nehzətinin nailiyyətlərini qoruyub saxlamaq uğrunda geniş mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır.
Azərbaycanda milli demokratik hərəkat qan dəryasında boğulduğu zaman minlərlə demokrat və fədai kimi Cəfər Kavian da mühacirət etməyə məcbur olub. Lakin mühacirat illərində də Kavianın bütün, fikri Vətənin və xalqın həyatı ilə bağlı, olmuşdur. O, xalqın qalib gələcəyinə, azad, xoşbəxt İranın yaranacağına dərin inam bəsləyirdi. Bu yolda da inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq nehzəti və İran zəhmətkeşləri sabiqədal yoldaşlarımızdan birini itirdi”.
Generalın şəxsi sənədləri arasından dörd bəndlik şeir yazılmış bir vərəq də çıxdı. Şerin müəllifi onun mübarizə yoldaşı şair Məhəmməd Biriyadır. Müəllif “Yadigar” adlı şeirinin ithaf yerində öz dəst-xətti ilə belə yazmışdır:
“Məhəmməd Biriyadan öz tarixi dostu, milli qoşunların şanlı vəziri Ağayi Cəfər Kaviana yadigar. Bakı, 19 oktyabr, 1969-cu il”.
Xalqımın uğrunda illərdən bəri,
Döyüşdən, vuruşdan dönmədin geri.
Vətən iftixarı, elin əsgəri,
Ürəkli, hünərli rəşid Kavian,
Tarixin səsini eşit, Kavian.
Ana yurdumuzun iftixarısan,
Şərəfi, şöhrəti etibarısan.
Milli hökumətin yadigarısan,
Düşmənə verməyən aman, Kavian,
Bizi ayırmasın zaman, Kavian.

Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |