Şrift:
Roza Otunbayeva: “Qırğızıstanla Azərbaycan arasında əlaqələrin daha da sürətlənməsinə ehtiyac var”
04.06.2012 [14:37] - Türk dünyası-Turan
Millət vəkili Qənirə Paşayeva Afinada keçirilən Dünya Qadın Sammiti çərçivəsində Qırğızıstanın siyasi liderlərindən biri, sabiq prezidenti Roza Otunbayeva ilə görüşüb.

Görüş zamanı Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında, sabitliyində maraqlı olduğunu bildirməklə bərabər ölkəmizin bütün istiqamətlətdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Qırğızıstan prezidenti Almazbek Atambayevin yüksək səviyyədə keçən Azərbaycan səfərinə toxunan Qənirə Paşayeva bu səfərdən sonra Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənəcəyinə inandığını bildirib.

Azərbaycan prezidenti, parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Azərbaycan və Qırğızıstanın həm də TÜRK PA-nın üzvləri olduğunu vurğulayan millət vəkili Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb.

Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Roza Otunbayeva iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandığını vurğulayıb.

İki ölkənin qadın siyasaətşçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyinə də toxunan Roza Otunbayeva münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlər olduğunu deyib, qardaş ölkələr arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da surətlənəcəyinə inandığını vurğulayıb.

Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Qadın Sammiti çərçivəsində qardaş Qırğızıstanın bəzi qadın millət vəkilləri və məhşur iş qadınları ilə də görüşüb.

Geniş fikir mübadiləsinin aparıldığı görüş zamanı millət vəkili Qənirə Paşayeva onları Azərbaycana səfərə dəvət edib.
Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed